900 nəfərə yaxın əlilliyi olan şəxs istirahətə göndəriləcək

900 nəfərə yaxın əlilliyi olan şəxs istirahətə göndəriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari il 1200 nəfərdən çox əlilliyi olan şəxsin ölkəmizdə olan istirahət mərkəzlərində istirahətinin təşkili nəzərdə tutulub. 

Unikal.org xəbər verir ki, bu ilin ötən dövründə onlardan artıq 892 nəfər Quba, Qusar, Xaçmaz, Lənkəran,  rayonlarındakı istirahət mərkəzlərinə yola salınıb.

Əlilliyi olan şəxslərin istirahətinin təşkili "2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən həyata keçirilir. Proqramda əlilliyi olan şəxslərlə bağlı digər tədbirlərlə yanaşı,  onların asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi də yer alıb. 


OXŞAR XƏBƏRLƏR