\"9 aydan sonra iki doza peyvənd etibarlılığını itirir\" - Karantin qaydaları yenidən sərtləşdiriləcək

\
Almaniyada pandemiya qaydaları sərtləşdirilib.
 
Sfera.az bildirir ki, koronavirusa yoluxma halları artandan sonra hökumət yeni qərarlar verib. Belə ki, Almaniya kansleri Angela Merkel vəziyyətin çox ciddi olduğunu vurğulayıb. Səhiyyə sisteminin yükünün azaldılmalı və virusun dördüncü dalğasına qarşı mübarizə aparılmalı olduğunu deyən Merkel bunun üçün yeni tədbirlərin görüldüyünü bəyan edib.

Ölkə rəhbəri xalqı buster doza vurdurmağa çağırıb. 

"Avropa İttifaqı səviyyəsindəki müzakirələrə əsasən də, 9 aydan sonra iki doza peyvənd etibarlılığını itirə bilər. Parlamentdə qərar alınarsa və hər kəsin peyvənd vurdura biləcəyi təminatı olarsa, vaksin məcburiyyətinin fevralın sonunda tətbiq edilmə ehtimalı var. Karantin qaydaları lazım olduğu halda sərtləşdirilə bilər”, - deyə Merkel əlavə edib.

Yeni qərara görə, Almaniyada peyvənd olunmayanlar bir çox yerə girə və tədbirlərə qatıla bilməyəcəklər. Belə ki, bu qayda (uşaqlar və 18 yaşından kiçik olanlar istisna) mağazalara, həmçinin kino, teatr, restoranlara girişə şamil olunacaq. Əsas qidaların satıldığı yerlər isə, qaydadan azad ediləcək. Digər qərarlar isə belədir:

1. Peyvənd olunmamış və xəstəliyə yoluxmayan şəxslərin iştirak etdiyi xüsusi iclaslarda bir ailədən maksimum 2 nəfər iştirak edə bilər. 14 yaşınadək uşaqlar bundan azad olunacaqlar.

2. İdman, mədəniyyət və bu kimi irimiqyaslı tədbirlərə məhdudiyyətlər qoymaqla, məkan tutumunun maksimum 50 faizi istifadə ediləcək. Bu tədbirlərdə iştirak edənlərin sayı qapalı məkanda 5 min, açıq havada isə 15 min nəfərlə məhdudlaşdırılacaq. Bundan əlavə, bu tədbirlərdə 2G qaydası tətbiq olunacaq və tibbi maska taxmaq məcburi olacaq.

3. Yoluxmaların çox olduğu bölgələrdə tədbirlər ləğv ediləcək, idman tədbirləri tamaşaçısız keçiriləcək.

4. Yoluxma sayı 350-dən çox olan bölgələrdə barlar və diskotekalar bağlanacaq. Bu ərazilərdə bütün əlaqə məhdudlaşdırılacaq, peyvənd olunub sağalmış şəxslər üçün tədbirlərdə say məhdudiyyəti qoyulacaq.

5. Dekabrın 31-i və yanvarın 1-də ölkə miqyasında kütləvi tədbirlərə qadağa tətbiq ediləcək. Bundan əlavə, Miladdan əvvəl atəşfəşanlıq üçün vəsaitlərin satışı qadağan ediləcək.

6. Vaksinləşmə kampaniyasını sürətləndirmək üçün aptek işçilərinə və stomatoloqlara peyvənd etməyə icazə veriləcək.

7. Tədbirlər çərçivəsində məktəbdə şagirdlərə maska taxmaq məcburiyyəti qoyulacaq.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Dövlət başçısı: "Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir"

Biz iqtisadiyyatımızı şaxələndiririk. Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir.   Sfera.az xəbər verir ki, bu s...

Bəzi rayonlara yağış yağdı, dolu düşdü - FAKTİKİ HAVA

Saat 16:30-a olan məlumata əsasən Ordubad, Qrız, Şahdağ, Şamaxı, İsmayıllı, Qobustan, Qusar, Xınalıqda şimşək çaxıb, arabir yağış yağıb.   Bu barədə ...

Çexiyada may ayında NATO XİN başçılarının növbədənkənar iclası keçiriləcək

Çexiyada mayın 30-31-də NATO ölkələrinin xarici işlər nazirlərinin növbədənkənar iclası keçiriləcək.   Sfera.az-a TASS-a istinadən xəbər verir k...

İlham Əliyev: "Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb"

Artıq söylədiyim kimi, dırnaqarası “Dağlıq Qarabağ” amili artıq yoxdur. Onlar (ermənilər – red.) onun sülh sazişində olmamasına razılaşıblar. ...

Elektrik avtomobilləri ucuzlaşır, satışları ARTIR

Beynəlxalq Enerji Agentliyinin (IAA) hər il dərc etdiyi Qlobal Elektrikli Vasitələrə Baxış hesabatına görə, bu ilin birinci rübündə elektrik avtomobil satışları...

Litva XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı MÜSBƏT QİYMƏTLƏNDİRDİ

Litva Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını müsbət qiymətləndirir.   Sfera.az xəbər verir ki, bu barədə L...