83 yaşlı qadın dünya çempionu oldu - FOTO

83 yaşlı qadın dünya çempionu oldu - FOTO

Rusiyadan olan 83 yaşlı Nina Maksimova qış üzgüçülüyü üzrə dünya çempionatında qalib olub.

Sfera.az xəbər verir ki, bu barədə "Solevar” xəbər yayıb.

Yarış 3-9 fevral tarixlərində Sloveniyanın Bled gölündə keçirilib. Suyun temperaturu müsbət bir dərəcə olub. N.Maksimova 25 və 50 metr məsafələrdə uğuru ilə iki qızıl medal qazanıb.

Çempionatda 36 ölkədən 1042 idmançı iştirak edib. Onların arasında Rusiya, ABŞ, Argentina, Almaniya, Çexiya və başqa ölkələrdən üzgüçülər olub.

Bildirilir ki, N.Maksimova ümumən üzgüçülüklə 77 il, qış üzgüçülüyü ilə isə 30 ildir məşğul olur. (oxu.az)

 


OXŞAR XƏBƏRLƏR