No Image
No Image

80 yaşlı kişidən 50 HƏYAT DƏRSİ: Həyat yoldaşınızı seçərkən diqqətli olun!

80 yaşlı kişidən 50 HƏYAT DƏRSİ: Həyat yoldaşınızı seçərkən diqqətli olun!
Yaşlı insanların gələcəkdə peşman olmasınlar deyə gənclərə məsləhət verdiklərini hər zaman müşahidə etmək olur. Onlar bu nəsihətləri deyərkən öz həyat təcrübələrinə əsaslanırlar. 
 
Bu barədə telekommunikasiya üzrə analitik İan Tenqin paylaşdığı 80 yaşlı kişiyə məxsus 50 məsləhət olduqca diqqət çəkib. 

Sfera.az həmin məsləhətləri təqdim edir:

1.Əllə görüşün.
2.İnsanların gözlərinə baxın.
3.Duşda mahnı oxuyun.
4.Mükəmməl səsgücləndiriciyə sahib olun.
5.Döyüş varsa, bir dəfə və sərt vurun.
6.Sirr saxlayın.
7.Heç vaxt, heç kimdən vaz keçməyin. Möcüzələr hər gün yaşanır.
8.Sizə uzanan əli həmişə tutun.
9.Cəsarətli olun. Olmasan belə, özünü elə göstər. Heç kim bunun fərqini deyə bilməz.
10.Fit çalın.
11.İstehzalı ifadələrdən çəkinin.
12.Həyat yoldaşınızı seçərkən diqqətli olun. Bütün xoşbəxtliyinizin və safalətinizin 90 %-i bu qərardan asılıdır.
13.Heç vaxt öyrənməyəcək insanlar üçün yaxşı şeylər etməyi vərdiş halına gətirin.
14.Sadəcə təkrar oxumaq istəmədiyiniz kitabları hədiyyə verin.
15.Heç vaxt kiminsə ümidini itirməsinə səbəb olmayın, bu onların sahib olduğu tək şey ola bilər.
16.Uşaqlarla oynayanda onların sizi məğlub etməsinə icazə verin.
17.İnsanlara ikinci şansı verin, amma üçüncünü yox.
18.Romantik olun.
19.Tanıdığınız ən pozitiv və həvəsli insan olun.
20.Dərin nəfəs alın. Rahatlayın. Nadir hallarda rast gəlinən ölüm-dirim məsələləri xaric heç nə o qədər də önəmli deyil.
21.Telefonun önəmli anları yarıda kəsməsinə izn verməyin. Telefon zəng edənin deyil, sizin rahatlığınız üçün ordadır.
22.Yaxşı məğlub olun.
23.Yaxşı qalib olun.
24.Bir dostunuza sirrinizi açmadan əvvəl 2 dəfə düşünün.
25.Biri  sizi qucaqlayanda izn verin ilk ayrılan o olsun.
26.Təvazökar olun. Çoxları sən doğulmadan öncə çox şeyi bacarıb.
27.Sadəliyinizi qoruyun.
28.İtirəcək heç nəyi olmayan insandan çəkinin.
29.Körpüləri yandırmayın.  Eyni çayı neçə dəfə keçdiyinizə təəccüblənəcəksiniz.
30.Həyatınızı kitabınız oxuna bilsin deyə yaşayın: Peşman olmadan.
31.Cəsarətli və cəsur olun. Geri dönüb baxanda etmədiklərinizin etdiklərinizdən daha çox olduğunu görəndə peşman olacaqsınız.
32.Birinə onu çox sevdiyinizi söyləmək fürsətini qaçırmayın.
33.Unutmayın, heç kəs hər şeyi tək edə bilməz. Minnətdar qəlbə sahib olun və sizə kömək etmək istəyənlərə fürsət yaradın.
34.Davranışlarınıza görə məsuliyyət daşıyın. Başqasının sizin üçün seçim etməsinə fürsət verməyin.
35.Xəstəxanada olan dost və qohumlarınızı ziyarət edin, bu bir neçə dəqiqənizi alacaq.
36.Hər səhər günə sevdiyiniz musiqi ilə başlayın.
37.Hərdənbir mənzərəli yolla gedin.
38.Bir neçə "Sevgililər günü” kartı göndərin. "Möhtəşəm olduğunuzu düşünən biri” notunu yazın. 
39.Telefona cavab verərkən səsinizin həvəsli və enerjili olmasına diqqət edin.
40.Yatağınızın yanında qələm və not dəftəri saxlayın. Milyon dollarlıq ideyalar bəzən gecə saat 3-də ağla gəlir.
41.İşləri nə qədər önəmsiz olursa olsun, yaşamaq üçün çalışan hər kəsə hörmət edin.
42.Sevdiklərinizə çiçək göndərin. Səbəbi barədə sonra düşünərsiniz.
43.Başqa birinin gediş haqqını ödəyərək onun gününü yaddaqalan edin.
44. Kiminsə qəhrəmanı olun.
45.Ancaq sevdiyin üçün evlən.
46.Şükür et.
47.Birinin evində qonaq olanda yeməyi tərifləyin.
48.Məktəb avtobusundakı uşaqlara əl yelləyin.
49.Unutmayın ki, hər hansı işdəki uğurun 80 %-i insanlarla işləmək bacarığınıza əsaslanır.
50.Həyatın ədalətli olacağını gözləməyin.

Aysel
Sfera.az


Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Çipləşdirmə" başlayır? - Pentaqon ilk dəfə koronavirus "çip"lərinin FOTOLARINI YAYDI

Elm adamları COVİD-19-u əvvəlcədən müəyyən edən mikroçip kəşf edib.   Sfera.az xəbər verir ki, mikroçip Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyinin (...

Elnarə de Bribuetin uğur hekayəsi - VİDEO

Dabz brendinin əsasını qoyan inflüenser, iki uşaq anası Elnarə de Bribuet özü artıq brendə çevrilib. Qeyd edək ki, Elnarə de Bribuet 2008-ci ildən "İmpo...

Azərbaycanda naməlum varlığın skeleti tapıldı

Şəmkir rayonunda naməlum canlının skeleti tapılıb. Sfera.az xəbər verir ki, bu barədə rayon sakini Qalib Hüseynov Feysbuk səhifəsində paylaşım edib. ...

Xərçəngə və 2 dəfə koronavirusa qalib gələn 104 yaşlı qadın – FOTO

Kolumbiyada 2 dəfə koronavirusu məğlub edən 104 yaşlı Karmen Hernandez xəstəxanadan təxliyyə edilib.   Sfera.az xəbər verir ki, o, 21 gün qaldığı...

Şuşanın girişindən yeni görüntülər yayıldı - VİDEO

Şuşanın Xankəndi istiqamətindən girişinə daha bir "Şuşa" yazısı quraşdırılıb. Sfera.az xəbər verir ki, yeni quraşdırılan tablo işıqla təmin edilib. ...

"İtirilmiş qızıl şəhər" tapıldı - FOTOLAR

Misirdə 3 min illik itmiş şəhər tapılıb.   Sfera.az xəbər verir ki, Misir araşdırmaları üzrə professor Betsi Bryan Misirdə yeni tapılan qədim şəhəri firo...