8 ildə az qala 500 erməni əsgəri niyə ölüb...

8 ildə az qala 500 erməni əsgəri niyə ölüb...
 

2010-cu ildən 2018-ci ilə qədər olan dövrdə erməni ordusunda 491 qeyri-döyüş itkisi qeydə alınıb. Lakin 413 hal üzrə cinayət işi qaldırılıb, onlardan 263-ündə təhqiqatı dayandırıblar və cəmi 88 hal üzrə hökm çıxarılıb.

 

Virtualaz.org xəbər verir ki, bu məlumatları aprelin 26-da keçirdiyi mətbuat konfransında Helsinki Vətəndaş Assambleyasının Vanazor ofisinin rəhbəri Artur Sakunts açıqlayıb.


 

Onun sözlərinə görə, yeni Ermənistanda da hüquq-mühafizə orqanlarının iş metodu dəyişməyib və əsgər ölümləri üzrə təhqiqatlar yenə də cinayətin ört-basdır edilməsi məqsədini güdür. Sakunts buna misal kimi əsgər Artur Kazaryanın ölümü ilə bağlı təhqiqatı göstərib. Onun sözlərinə görə, istintaq iş üzrə maddi dəlilləri, habelə Kazaryanın orqanlarından götürülmüş nümunələri "itirib”. Hüquq-müdafiəçisi bu cinayətin ört-basdır edilməsi əmrinin kim tərəfindən verildiyini araşdırmağa çağırıb.


OXŞAR XƏBƏRLƏR

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...