73 obyektdə qaydalar pozuldu - Nazirlik

73 obyektdə qaydalar pozuldu - Nazirlik
İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) koronavirusa qarşı nəzarət tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, noyabrın 5-də keçirilən monitorinqlər zamanı Nəsimi rayonunda Aytən Zərbalıyevaya, Xaqan Muradova məxsus mağazalarda, Binəqədi rayonunda Urfan Nəbibəyliyə, Kazım Tarverdiyevə məxsus pərakəndə ticarət obyektlərində, Səbail rayonunda "Pulpa dent stomatoloji klinika”da, Ulduz Onullahiyə məxsus tikinti mallarının satışı mağazasında, Nərimanov rayonunda "Mağaza Ramal mebel aksesuarları”nda, Sücəddin Həsənzadəyə məxsus mağazada, Xətai rayonunda Vüsal Heydərova məxsus meyvə-tərəvəz mağazasında, Barat Şükürova məxsus pərakəndə ticarət obyektində, Yasamal rayonunda Ceyhun Mirzəyevə, Sarvan Bağışova məxsus mağazalarda, Sabunçu rayonunda Xəyyam Rüstəmova, Rəsmiyyə Qulamovaya məxsus dülgər sexlərində, Xəzər rayonunda Atif Fərziyevə, Faiq Dadaşova məxsus mağazalarda, Suraxanı rayonunda Elçin Əsədova, Mehriban Əsədovaya məxsus pərakəndə ticarət obyektlərində, Qaradağ rayonunda "Aptek 620”də, "Dokta" MMC-yə məxsus "Aptek”də, Nizami rayonunda "Al market”də, Gəncə şəhərində "Gənclik elektrik-məişət malları mağazası”nda, Sənan Nuriyevə məxsus qızıl satışı mağazasında, Sumqayıt şəhərində Füzuli Məmmədova, Mirheydər Seyidova məxsus mağazalarda, Abşeron rayonunda Lamiyə Orucovaya, Mahir Dünyamalıyevə məxsus pərakəndə ticarət obyektlərində, Şəki rayonunda "Sun food” MMC-yə məxsus anbarda, Şəmkir rayonunda Ramin Mehdiyevə, Elvin Əliyevə məxsus mağazalarda, Lənkəran rayonunda Allahverdi Nəzərliyə, Zahir Məmmədova məxsus pərakəndə ticarət obyektlərində, Cəlilabad rayonunda Sabir Ağacanova məxsus maye qazdoldurma məntəqəsində, Həmid Abbasova məxsus baytarlıq aptekində, Sabirabad rayonunda Fərhad Abasova, İlqar Ağakişiyevə məxsus mağazalarda, Quba rayonunda Rəşad Baxışova, Günəş Əliyevaya məxsus pərakəndə ticarət obyektlərində, ümumilikdə 73 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

OXŞAR XƏBƏRLƏR

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...