72 yaşlı milyonçu Əmiraslanov yenə necə deputat olur?

72 yaşlı milyonçu Əmiraslanov yenə necə deputat olur?

Əhliman Əmiraslanovun 72 yaşı var. O, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputatlığa namizəddir.

Secki.net xəbər verir ki, prezident komandasını gəncləşdirir, yeni nəslin istedadlı, intellektli kadrlarını vəzifələrə təyin edir, son olaraq Davos forumunda seçkilərdən danışarkən Milli Məclisin də yeniləşməsinin zəruriliyini vurğulayır, lakin 72 yaşlı Əmiraslanov yenə deputatlıq arzusundadır.

Azərbaycan Tibb Universitetinin rektoru olmuş Ə.Əmiraslanovun bu yaşında parlamentdə niyə olması, bu dairədən perspektivli bir gəncə üstünlük verilməməsi, islahatların tempi ilə ayaqlaşmasının mümkünsüzlüyü göz qabağındadır, sual doğurur.

Onun deputat təyin olunacağı şübhə doğurmur. Çünki bu dairədə seçkidən danışmağa dəyməz. Ə.Əmiraslanovun rəqibləri təqaüdçü Tahir Ağayev, Sabirabadın Sunala sahəsində nasos qurğularının maşinisti Telman Bağırov, fiziki tərbiyə müəllimi Xəyal Əhmədovdur. Sizcə, onların namizədliyi niyə qeydə alınıb və deputatlıq şansları ola bilərmi?

Habelə – "İnkişaf üçün maliyyə” MMC-nin Göyçay filialının müdiri Elnur Qasımov, Saatlının Varxankənd məktəbinin direktor müavini Rubabə Quliyeva, BDU-da fəaliyyət göstərən "Gənc İstedadlar” liseyinin riyaziyyat müəllimi Haqverdi Tapdıqov Ə.Əmiraslanova qalib gələ bilərmi? – bəlkə də gələr…

İntəhası, bu dairədən məhz onun deputat qalib elan edilməsi üçün heç bir parlaq, uğurlu, nüfuzlu, bu zonada siyasi fəaliyyəti ilə fərqlənən şəxs Ə.Əmiraslanova rəqib olmayıb.

Hər üç bölgədən gələn məlumatlardan, sosial şəbəkələrdə Saatlı, Sabirabad və Kürdəmir seçicilərinin yazdıqlarından anlaşılır ki, onlar Ə.Əmiraslanovun deputatlığını istəmirlər, dəstəkləmirlər, səs vermək də istəmirlər. Sadəcə, bu dairədə ona rəqib olacaq güclü namizəd yoxdur deyə asanlıqla deputatlıq təyinatı reallaşacaq.

Xatırladaq ki, bir müddət əvvəl Bakı sakini Vüqar Yusif oğlu Bağırov Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanovun ona 1 milyon 534 min ABŞ dolları həcmində ziyan vurduğunu bildirmişdi.

Bundan əlavə, Bakıda 060 rəqəmi ilə bitən avtomobil nömrələrinin əksəriyyətinin onlara məxsus olduğu deyilir. Eyni zamanda Səməd Vurğun küçəsi230 D ünvanında yerləşən "A Club” da Əmiraslanovların əyləncə yerinə çevrilib.

Hətta "A Club”un 12-ci mərtəbəsində Azər Əmiraslanovun güzgülü əyləncə evi də var. Baxmayaraq ki, əyləncə evinin altında, yəni 11-ci mərtəbədə Azər Əmiraslanovun dayısı yaşayır.

Olimpik Star”ın yaxınlığında yerləşən "Şam” restoranının qapısı ilə üzbəüz Xan Şuşinski 158-də üçmərtəbəli villa da Əmiraslanovlara məxsusdur.

Həmin villada Əhliman Əmiraslanovun işgüzar görüşlər keçirdiyi söylənir. "Azər-Türk” klinikası da Azər Əmiraslanova məxsusdur, ancaq oranı başqası işlədir.


OXŞAR XƏBƏRLƏR

3 gün ərzində... - ƏHALİYƏ XƏBƏRDARLIQ

Aprelin 25-də Yer kürəsini maqnit qasırğası bürüyəcək.    Sfera.az lent.az-a istinadən bildirir ki, qasırğa üç gün davam edəcək və bu ayın ...

ABŞ-də yaşıl tükləri olan it doğuldu

ABŞ-də bir it yaşıl tükləri olan bala dünyaya gətirib.   Sfera.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.   Florida ...

Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələrinin sədrləri Qarabağa səfər edəcəklər

Bakıda səfərdə olan Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclasının iştirakçıları aprelin 26-da Qarabağa səfər edəcəklər....

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya ÇAĞIRIŞ ETDİ

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media qurumlarına çağırış edib.   Sfera.az-ın ...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...

Bu ölkədə kiberhücumların sayı ARTDI

2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb. &n...