70 yaşlı Riçardın xanımı yenə hamilədir - FOTO
17:50 / 05.11.2019
2579
Hollivud ulduzu Riçard Girin daha bir övladı dünyaya gələcək.
Sfera.az xarici mətbuata istinadla xəbər verir ki, "The Pretty Woman" filmi ilə şöhrət qazanan aktyorun ispan əsilli xanımı, 36 yaşlı Alexandra Silvadan ikinci övladı doğulacaq.
İspaniyanın Hola! nəşri yazır ki, 70 yaşlı aktyor yenidən atalıq sevincini yaşayacaq.
Qeyd edək ki, cütlüyün əvvəlki evliliklərindən də övladları var.(milli.az)