7 nömrəli məktəb “Təhsildə 3D texnologiyaların tətbiqi” layihəsini icra edir - FOTOLAR

7 nömrəli məktəb “Təhsildə 3D texnologiyaların tətbiqi” layihəsini icra edir - FOTOLAR
Bakı şəhəri, Səbail rayonu M.Rahim adına 7 nömrəli tam orta məktəbin "Təhsildə 3D texnologiyaların tətbiqi” layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi "Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin qalibi olub.
 
Sfera.az xəbər verir ki, layihədə 3D texnologiyaları vasitəsi ilə şagirdlərin təcrübi biliklər qazanmasını və onlarda problem həll etmə bacarıqlarını inkişaf etdirməsini hədəfləyir.

7 nömrəli məktəbin direktoru Könül Təhməzova Editor.az-a bildirib ki, hazırda insan fəaliyyətinin bütün sahələrində 3D texnologiyalarından səmərəli istifadə olunmağa başlanılıb: "Yəni artıq virtual reallıq, artırılmış reallıq texnologiyaları önə çıxır. 7 nömrəli tam orta məktəbin "Təhsildə 3D texnologiyaların tətbiqi” layihəsinin icrası zamanı nəzərdə tutulmuş 3D texnologiyalarının təhsilə inteqrasiyası vasitəsi ilə artıq şagirdlər keçdikləri dərsləri virtual şəkildə görə biləcək, onlara toxuna biləcək və onlar üzərində müxtəlif dəyişikliklər apara biləcəklər: "Beləliklə nəticədə şagirdlərin dərsləri mənimsəməsi daha effektiv olacaq, müəllimlər isə hazır bilik təmin etməklə deyil, öyrənmək üçün sadəcə öyrənmə mühiti yaratmağa yönələcəklər”.

Direktorun sözlərinə görə, layihədə Bakı şəhəri üzrə 4 məktəbin iştirakı nəzərdə tutulub: "Artıq Bakı Şəhəri M.Rahim adına 7, 189-190, 60 nömrəli məktəblərdə təlimlər yekunlaşıb. Təlimlər zamanı müəllimlərə 3D qurğuların həm proqram, həm də aparat təminatı geniş və aydın şəkildə öyrədilib. Müəllimlərə 3D texnologiyalarının müasir təhsil sistemimizə inteqrasiyası metodları mənimsədilib. Şagirdlərdə əyani məntiqi təfəkkür yüksək inkişaf etdiyi üçün gözlə gördükləri cisim və hadisələri dərketmə qabiliyyəti daha yaxşı formalaşmışdır. Təhsildə tətbiq olunan 3D texnologiyası vasitəsilə bu problem aradan qalxacaqdır. Qonşu ölkələrin təhsil sistemində istifadə etdiyi 3D texnologiyaların şagirdlərin intellektual səviyyəsini yüksəltdiyi və bu texnologiyalar ilə tədris edilən dərs materiallarının daha ətraflı, dəqiq dərk edildiyi artıq sübut olunub. Müasir dövrün müasir standartlarına cavab verən müasir təhsil sistemində bu qurğulardan istifadə edilməsi zərurət halına gəlib. Bu layihənin həyata keçirilməsi təhsil sistemimizin daha da müasirləşməsi üçün əla fürsətdir. Artıq müəllimlərimiz 3D texnologiyalarından istifadə bacarıqlarına malikdirlər və təhsilimizin uğurlu gələcəyi üçün öz töhfələrini verməyə hazırdırlar”.

 

 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...