7 ildir axtarılan qanqster “YouTube” vasitəsilə tapıldı - FOTO
16:07 / 30.03.2021
1007
İtaliya polisi tərəfindən 7 ildir axtarılan qanqster "YouTube" platforması sayəsində ələ keçirilib.
Sfera.az xəbər verir ki, İtaliyanın ən güclü mafiya təşkilatı "Ndrangheta"nın üzvü kimi tanınan, 53 yaşlı Mark Feren Klod Biartın yemək kanalında videosu təsbit edilib. Üzünü gizlədən Biartın şəxsiyyəti onun qolundakı döymələr sayəsində müəyyən edilib. Onun Dominik Respublikasındakı Boka Çika qəsəbəsində sakit həyat yaşadığı məlum olub.
2014-cü ildən bu yana narkotik qaçaqmalçılığı səbəbilə axtarılan şəxs polis tərəfindən həbs edilib.
İnci
Sfera.az