“*6611 Ay taxı” taksi xidmətindən sərfəli TƏKLİF

“*6611 Ay taxı” taksi xidmətindən sərfəli TƏKLİF
 

Hazırda ölkədə aktuallığını qoruyan məsələlərdən biri də taksi xidmətlərinin fəaliyyəti ilə bağlıdır. Bu sahədə xoşagələn faktorlar da var, təbii ki, xoşa gəlməyən də. Taksi xidmətlərindən mütəmadi istifadə edən insanlara bəllidir ki, paytaxtda fəaliyyət göstərən bir sıra taksi şirkətlərinin sürücüləri sifarişləri bir çox hallarda düzgün yerinə yetirmir, hətta qalıq pulu qaytarmaqdan belə rahatlıqla boyun qaçırır. Bu da müştəri məmnunluğunu və etibarını sual altında saxlayır.  Artıq oxşar problemləri geridə qoymağın vaxtı çoxdan çatıb, hətta keçir.

Bu məqsədlə ölkədə yeni fəaliyyətə başlayan "*6611 Ay taxı” hər bir müştərisinin fiziki və mənəvi rahatlığını təmin edəcək. Şirkətin əsas prioriteti sürücü heyyətini peşəkar təlimçilərlə maarifləndirmək, məsuliyyət aşılamaq, avtomobillərin təmizliyinə ciddi nəzarət etmək və etik qaydaları yüksək səviyyədə qorumaqdır.

Həmçinin "*6611 Ay taxı” xidməti "Məqsədimiz Yüksək Xidmət və Sərfəli Qiymət Prinsipi” şüarı ilə hər kəsin cibinə uyğun şəkildə sistemləşdirilib.

"*6611 Ay taxı” xidmətə qoşulmaq  istəyən sürücülərin gəlirlərini də nəzərə alıb. Burada şəxsi avtomobili olan sürücülər daha çox qazanc əldə edə bilər. Belə ki, qoşulma haqqı yox, minumum faiz və sərbəst iş qrafiki ilə işiniz daha da yüngülləşəcək.

Ünvan: Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 238

Əlaqə : 0505503742 /0557693742


OXŞAR XƏBƏRLƏR