No Image
No Image

66 qazi yüksək texnologiyalı protezlərlə təmin edildi

66 qazi yüksək texnologiyalı protezlərlə təmin edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində yaralanmış daha iki qazimizi - Məmişov Bəşir Məhəddin oğlunu və Hüseynəliyev Faiq Bəhruz oğlunu yüksək texnologiyalı protezlərlə təmin edib.

Nazirlikdən Sfera.az-a verilən məlumata görə, onlar Qubadlı uğrunda gedən döyüşlərdə yaralanıblar. Hər iki qazimiz əvvəlcə Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində ilkin müayinə olunublar. Protezləşməyə hazırlıq mərhələsindən sonra isə onlara yüksək texnologiyalı protezlər təqdim olunub.

Bu geniş funksiyalı müasir reabilitasiya vasitələri istifadəçilərə köməkçi vasitələr olmadan sərbəst hərəkətə, qeyri-bərabər səthlərdə də addımlamağa, dəyişən məkanlarda və məqamlarda maneəsiz dönməyə, eləcə də idmanla məşğul olmağa və s. imkan verir.

Nazirlik tərəfindən artıq 66 qazimiz yüksək texnologiyalı protezlərlə təmin edilib.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

ATV-nin aparıcısının toyu oldu - FOTOLAR

ATV-nin aparıcısı Fərid Rəsulun toyu olub. Sfera.az xəbər verir ki, toy Neftçalada baş tutub. Pandemiyaya görə toylara qoyulan qadağaları nəzərə ala...

Əflatun Amaşovun jurnalistlərə dəstək olur ya etiraz edir? - GÜNÜN LƏTİFƏSİ

Xəbər verdiyimiz kimi bu gün bir qrup media rəhbəri və ictimaiyyət nümayəndəsi jurnalistlərin üçüncü binasının şəhid ailələrinə verilməsi ilə bağlı Prezident İl...

Bakıda polis COVID-19 pasportu olmayanları toya buraxmır

Daxili İşlər Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və müvafiq rayon icra hakimiyyətlərinin nümayəndələri, Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi...

TƏBİB-dən xalq artistinin ölümü ilə bağlı AÇIQLAMA

TƏBİB Xalq artisti Səməd Səmədovun vəfatı ilə bağlı açıqlama yayıb. Sfera.az-ın məlumatına görə, TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə...

Tanınmış jurnalist ona verilən evi şəhid ailəsinə bağışladı: "Şərhə ehtiyac yoxdur"

"Voice of Azerbaijan” televiziya agentliyinin rəhbəri, Ümumrusiya Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin (VQTRK) Azərbaycandakı rəsmi nümayəndəsi tan...

Ölkədə vaksinasiya olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 55 286 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata...