No Image
No Image

“65 yaşında pensiyaya çıxan şəxslər 6 il pensiya alacaqlar” - AÇIQLAMA

“65 yaşında pensiyaya çıxan şəxslər 6 il pensiya alacaqlar” - AÇIQLAMA
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov mətbuata məlumat verib ki, hər bir vətəndaşın topladığı sığorta haqqının ona 12 il müddətində ödənməsi nəzərdə tutulur. Ancaq bəzi vətəndaşlar isə pensiyaya çıxdıqdan sonrakı müddətdə 12 ildən çox müddətdə pensiya alırlar. Bu insanların topladıqları pensiya kapitalı bitsə də, onların ödənişlərini Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri hesabına davam edir. 12 ildən artıq pensiya alanlar arasında yaşa görə pensiyaya çıxanlar daha çoxdur. Bu isə ölkə üzrə uzunömürlülük yaş həddinin artması ilə əlaqədardır. Nədənsə, dövlət məmuru pensiya çıxandan sonra 12 il yaşamayanlar barədə heç bir açıqlama verməyib”.

Sfera.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.

"Məsələ burasındadır ki, 1997-ci ildə Azərbaycanda doğulan şəxslərin gözlənilən ömür uzunluğu 71 ildir. 65 yaşında pensiya çıxan həmin şəxslər belə çıxır ki, orta hesabla 6 il pensiya alacaqlar, amma onlar pensiya çıxanda yığdıqları pensiya kapitalını 12 ilə, yəni 144 aya bölüb, ona aylıq ödənişlər ediləcək. Belə şəxslər ən yaxşı halda ödədiyi pulun 6 ilini, yəni 72 ayını ala biləcəklər.  Bəs, qalan 72 ayın ödənişindən nədən danışmırsınız?  Nədən gözlənilən ömür müddəti ilə pensiya yaşı arasında fərq 6 il olduğu halda onun ödənişi 12 ilə bölüb 6 ilini vermirsiniz? İllərlə sığorta haqqı ödəyib, pensiya kapitalı formalaşdırıb, pensiya yaşına çatmayanların  hesabında olan ödənişlərdən niyə danışmırsınız?” – Q.İbadoğlu bildirib.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda təkcə vaksin olunanlar metrodan istifadə edə biləcək? - TƏKLİF

Koronavirusdan qorunmağın ən yaxşı yolu vaksinasiya olunmaqdır. İnsan vaksin olunmaqla virusun ona yaradacağı təhlükələrdən özünü qorumuş olur. Sfera.az x...

Partiya sədrindən təklif: "Uşaqlarla bağlı mövcud bütün müavinətlər ləğv edilsin, əvəzində isə..."

"Aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək, uşaqlara dövlət qayğısını artırmaq mütləqdir”.   Sfera.az-ın məlumatına görə, bunu Gələcək Azərbay...

“Vaksin orucu pozmur, mən özüm...” – Hacı Şahindən açıqlama

"Ramazan ayında vaksinasiya prosesi davam edəcək və insanlar oruc halında da vaksindən istifadə edə bilərlər”. Bunu Sfera.az-a açıqlamasında Qafqaz Müsə...

Azərbaycanda koronavirusun yeni dalğası jurnalistləri vurdu - Dəhşətli rəqəmlər

Pandemiya başlayandan bu günə qədər Azərbaycanda 205 nəfər jurnalist COVİD-19-a yoluxub, 10 nəfər həmkarımız isə həyatını itirib.   Sfera.az xəbər verir ...

Həbs edilən generalların Eldar Mahmudovla hansı əlaqələri olub? - ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri, generallar Mövlan Şıxəlıyev və Nizami Şirinov saxlanılıb. Hər iki şəx...

"Pandemiya bitənə qədər təhsil sistemini tam donduraq, hamının əmək haqqı dayandırılsın" - TƏKLİF

"Düzdür, pandemiya təhsilə ciddi zərbə vurub. Sadəcə bizdə deyil, dünyanın bir çox yerində".    Sfera.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Əl...