65 yaşdan yuxarı deputatlar ikinci dəfə bu tarixdə peyvənd olunacaq - AÇIQLAMA
13:29 / 12.02.2021
1347
"65 yaşdan yuxarı şəxslər üçün koronavirus əleyhinə vaksinasiyanın ikinci mərhələsi
fevralın 24-də başlayacaq".
Bunu Sfera.az-a açıqlamasında deputat Cavanşir
Paşazadə bildirib. O ikinci mərhələyə də könüllü şəkildə gedəcəyini deyərək,
narahatlığının olmadığını qeyd edib.
Xatırlaqdaq ki, 65 yaşdan yuxarı şəxslərin
vaksinasiyası fevralın 8-də başlayıb. Milli Məclisdə bu yaş kateqoriyasında
olan şəxslərin demək olar hər biri peyvənd olunub. İlkin mərhələdən keçən
deputatlar növbəti dəfə fevralın 24-ü peyvənd olunacaq.
Sfera.az
Əzizə Zeynal