60 il sonra bəlli oldu ki, beyninin yarısı yox imiş - Moskvada qəribə hadisə - FOTO

60 il sonra bəlli oldu ki, beyninin yarısı yox imiş - Moskvada qəribə hadisə - FOTO
Moskvada həkimlər maraqlı situasiya ilə qarşılaşıblar.

"Lenta.ru” xəbər verir ki, keçici işemik həmlə şikayəti ilə xəstəxanaya müraciət edən 60 yaşlı kişinin beyninin yarısı olmadığı aşkarlanıb.

Radioloqlar onu kompüter tomoqrafiya ilə müayinə edərkən məlum olub ki, xəstənin anadangəlmə beyninin sol kürəsi yox imiş.

 

 

Araşdırmalar nəticəsində bəlli olub ki, bu hal erkən hamiləlik zamanında yaranıb. Uşaq dünyaya beyninin bir yarımkürəsi olmadan gəlib. Buna baxmayaraq, o, məktəbi bitirib, hərbi xidmətdə olub, hətta ali təhsil alaraq uzun illər Moskvaətrafındakı zavodların birində mühəndis kimi fəaliyyət göstərib.

Həkimlər bildiriblər ki, xəstənin hərəkət aparatında, görməsində və psixikasında heç vaxt problem olmayıb. Onun bu yaşa qədər yaşaması möcüzə olaraq dəyərləndirilib.

Sözügedən kişi əlavə heç bir araşdırma və müalicəni qəbul etməyərək bildirib ki, bu vaxta qədər belə yaşayıb və heç bir şikayəti olmayıb: "Bundan sonra da özümə əlavə problem yaratmaq istəmirəm”.


OXŞAR XƏBƏRLƏR

Bu ölkədə “İphone” bəyənilmir – Satışlar getdikcə AZALIR

Qlobal texnologiya bazarı üzrə araşdırma aparan “Counterpoint”in məlumatına görə, Çində “Apple”nin məhsullarına tələb xeyli azalıb. ...

Sadır Japarov Azərbaycana dövlət səfərinə GƏLDİ - YENİLƏNDİ

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.   Sfera.az xəbər verir ki, hər iki ölk...

Astarada ilk “Kontakt” mağazasının açılışında böyük izdiham -  60%-DƏK ENDİRİMLƏR

“Kontakt” mağazalar şəbəkəsi qucaq dolu fürsətlər və ənənəvi açılış proqramı ilə Astaraya gəldi. Ölkənin bütün bölgələrinə sevinc gətirməyi hədəfləy...

“Altsheymer”ə çarə axtaran, qlobal problemləri həll etmək istəyən “Sabahın alimləri” – Onlar kimdir?

Ötən həftə keçirilən “Sabahın alimləri” XIII Respublika müsabiqəsində uğurla iştirak edərək beş qızıl, bir gümüş medala sahib olan “Dünya&rdqu...

Devid Kemeron Türkmənistanda SƏFƏRDƏDİR

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Aşqabadda səfərdədir.   Sfera.az xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb. ...

Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri BAŞLADI - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.   Sfera.az xəbər verir ki...