60 abonent qazsız qaldı - FOTO
21:22 / 15.05.2021
3547
Zərdab rayonunun Pərvanlı kəndində qəza törədən yük avtomobili diametri 108 mm olan qaz xəttinin üzərinə aşıb.
Sfera.az xəbər verir ki, bu barədə Azəriqaz İB məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən may ayının 15-də saat 16:30 dan etibarən 60 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb.
Qeyd edilib ki, qəzanın fəsadlarının aradan qaldırılması üçün zəruri tədbirlər görülür.