60 ağac, 8 avtomobil - Bakıda küləyin \"NƏTİCƏLƏRİ\"
12:03 / 06.08.2019
2734
Avqustun 5-dən başlayan güclü külək Bakıda ümumilikdə 60-a çox ağacı aşırıb.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Vurğulanıb ki, bu günə qədər Bakı ərazisində güclü külək səbəbindən ümumilikdə 40-dan çox ağacın budağı qırılıb, 14-ü kökündən aşıb. Ümumilikdə ağac budaqlarının qırılması nəticəsində hərəkətsiz vəziyyətdə olan 8 avtomobilə maddi ziyan dəyib.