6 ildir evli olan 32 yaşlı kişi qaynanasına aşiq olub - Yazdığı mesajlar ifşa olundu

6 ildir evli olan 32 yaşlı kişi qaynanasına aşiq olub - Yazdığı mesajlar ifşa olundu
Türkiyədə 32 yaşlı adam qaynanasına eşq elan edib.
 
Sfera.az bildirir ki, İstanbulda baş verən hadisə eşidənləri təəccübləndirib. Belə ki, 6 ildir evli olan 28 yaşlı N.K adlı qadın həyat yoldaşının ona xəyanət etdiyindən  şübhələnib. Ardınca bu barədə anasına məlumat verib və kömək istəyib. 55 yaşlı ana R.T isə qızına ərinin ona eşq elan etdiyini, davamlı olaraq mesajlar yazdığını deyib.

Şoka düşən gənc qadın bununla bağlı həyat yoldaşı ilə danışmaq istəsə də, fiziki və psixoloji şiddətə məruz qalıb. Nəticədə o, 32 yaşlı K.K-ya boşanma davası açıb. Qadın ona dəyən maddi və mənəvi zərərlərin ödənilməsi üçün qarşı tərəfdən 100 min lirə məbləğində təzminat tələb edib.

Kürəkənin qaynanasına göndərdiyi eşq mesajları isə ifşa olunub. Mesajlarda o, qaynanasına inadla eşq elan edib, qarşı tərəf isə onu fikrindən döndərməyə çalışıb. 

Qeyd edək ki, cütlük 2015-ci ildə ailə həyatı qurub. Bu evlilikdən onların bir oğulları var.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR