51 abituriyentin qiymətində dəyişiklik edildi

51 abituriyentin qiymətində dəyişiklik edildi

I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri ilə bağlı yaradılan Apelyasiya Komissiyası rəyini açıqlayıb. 

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, komissiyaya 449 abituriyent (bütün imtahan verənlərin 1,87%-i) 1500-dən çox tapşırıq (yazı işi) üzrə ərizə ilə müraciət edib. 

Apelyasiya Komissiyasına daxil olan ərizələr araşdırılıb və müraciət edən şəxslər DİM-ə dəvət olunaraq komissiya üzvləri tərəfindən müraciətləri ilə bağlı izahat verilib (regionlarda yaşayan şəxslərlə isə telefon vasitəsilə əlaqə saxlanılıb, apelyasiyanın nəticəsi bildirilmiş və müraciətləri ilə bağlı müvafiq izahat verilib).

Apelyasiyaya müraciət edənlərdən 51 abituriyentin (bütün imtahan verənlərin 0,21%-i) cəmi 54 tapşırıq (bütün tapşırıqların 0,025%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.

Apelyasiya Komissiyasının qərarı ilə fizika fənni üzrə situasiya məsələsinin üçüncü tapşırığının (I qrup üzrə 60, IV qrup üzrə 90 nömrəli tapşırıq) qiymətləndirmə meyarının 1 ballıq şkalasında B bəndində əks olunan hallardan cup = frac{3}{2}Delta rho upsilon halı 2 (tam) ballıq şkalaya keçirilmiş və yazı işi bu hala uyğun olan 370 şagirdin nəticəsində müvafiq dəyişiklik edilmişdir. Həmçinin Apelyasiya Komissiyasının qərarı ilə I ixtisas qrupunda kimya fənni üzrə situasiya məsələsinin birinci tapşırığına (B və D variantlarında 88 nömrəli) cavab olaraq "amorf kükürd” yazmış 39 şagirdin həmin tapşırıq üzrə işi 2 (tam) balla qiymətləndirilib.

Abituriyentlərin (o cümlədən Apelyasiya Komissiyasına müraciət etməmiş, lakin qeyd olunan tapşırıqlarla bağlı qiymətləndirmə meyarlarına edilən dəyişikliklə əlaqədar nəticələri dəyişən) nəzərinə çatdırırıq ki, lazımi dəyişikliklər onların imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapıb və imtahan nəticələri yenilənib. Nəticələri dəyişən və Apelyasiya Komissiyasına müraciət etməyən şəxslərin telefon nömrələrinə bununla bağlı SMS xəbərdarlıq göndərilib.

Məlumat üçün bildiririk ki, I və IV qruplar üzrə qəbul imtahanlarında 24000-dən çox şagird iştirak edib və bu şagirdlərin, ümumilikdə, 216000-dən çox tapşırıq üzrə yazı işi yoxlanılıb.


OXŞAR XƏBƏRLƏR

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...