500-ə yaxın şəxs işlə təmin olundu

500-ə yaxın şəxs işlə təmin olundu
Şəhid və qazi ailəsi üzvlərinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə cari ilin 28 yanvar tarixindən etibarən Təhsil Nazirliyinə tabe olan qurumlar, təhsil müəssisələrində 69 vəzifə üzrə vakansiyalara həmin kateqoriyadan olan şəxslərə üstünlük verilməsi üçün tədbirlər həyata keçirilib. 

Sfera.az xəbər verir ki, yanvarın 28-dən iyulun 8-dək şəhid, qazi və müharibəsi iştirakçılarının ailə üzvləri tərəfindən işə qəbulla əlaqədar müraciətlər araşdırıldıqdan və vakant yerlərlə bağlı həmin şəxslərlə əlaqə saxlanılaraq rəylər alındıqdan sonra 480 şəxs işlə təmin olunub.

İyulun 8-dən etibarən Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən start verilən "Məşğulluq marafonu”na qoşulub. "Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafon çərçivəsində Təhsil Nazirliyi tərəfindən mövcud olan və ya yeni yaradılan vakansiyalar barədə məlumatlar müvafiq elektron platformaya mütəmadi olaraq daxil edilməkdədir.  İyulun 8-dən 27-dək nazirlik tərəfindən 230 vakansiya müvafiq elektron platformaya daxil edilib və 21 nəfər işlə təmin olunub. Həmin vakansiyalar Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibədə yaralanmış qazilərin məşğulluğunun təmin olunması üçün nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...