50 yaşlı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edildi - Bakıda
14:02 / 14.05.2021
3388
50 yaşlı aktiv koronavirus xəstəsi ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, o, mayın 13-də Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.