50 yaşından sonra mütləq keçməli olduğunuz müayinə - Utanmağa və qorxmağa səbəb yoxdur

50 yaşından sonra mütləq keçməli olduğunuz müayinə - Utanmağa və qorxmağa səbəb yoxdur
Hazırda Azərbaycanda bağırsaq xəstəlikləri və onkoloji problemlər artdığından kolonoskopiya kimi bir zamanlar az müraciət olunan diaqnostika növü onkoloq, qastroenteroloq və proktoloqların sevimli müayinəsinə çevrilib.

Çoxları bağırsaqlarındakı problemi gizlədir, çoxları bu müayinə üçün utanır, çoxları heç nə olmaz deyə düşünüb illərlə bağırsaq qanamasından əziyyət çəkir.
 
Amma cəmi 1 dəfə kolonoskopiya etdirməklə, həm özünüzü, həm həkiminizi rahatlada bilərsiz.

Sfera.az medicina.az-a istinadən bildirir ki, kolonoskopiya da mədəyə zond salınmasına bənzər müayinə metodudur, burda zond anus dəliyindən düz bağırsaqla yeridilir. Əslində ağrısızdır, amma bağırsaqlar bir az köpdüyü üçün təzyiq hissi xəstəni narahat edə bilər. Həm də proses özü həyəcanlı olduğundan xəstəni tam rahat etmək üçün ümumi narkoz, yəni 15 dəqiqəlik yuxuya verməklə bu iş həll olunur.

Kolonoskopiya - yoğun bağırsaq və düz bağırsağın instrumental diaqnostikası və patoloji problemlərin müalicəsi üçün prosedurdur. Burda bağırsağın selikli qişası tam detallı görünür. Zondun ucunda olan kamera görüntünü monitora ötürür və həkim bağırsaqların içini iri planda görür.

Əgər bağırsaqda hər hansı patologoya aşkarlanarsa, o zaman bu manipulyasiyaları yerindəcə etmək imkanı var:

-Poliplər görünərsə, götürülür, ya yandırılır
-Qanaxma varsa, saxlanılır
-Yad nəsə varsa çıxarılır
-Daralma, bitişmə varsa, bərpa olunur
-Şiş varsa, biopsiya materialı götürülür
 

Kolonoskopiyaya göstərişlər:

-Qanaxma
-Poliplər, yeni törəmələrə şübhə
-Onkopatologiya
-Kron xəstəliyi - kəskin iltihab, diareya
-Xoralı kolit
-Xroniki qəbizlik və ishal
-Sürətlə arıqlama
-Qanazlığı
-Subfebril hərarətin uzun müddət qalması

Ümumiyyətlə isə 45-50 yaşdan sonra hər bir şəxsə 2 ildən bir kolonoskopiya etdirmək lazımdır. Əgər nəsildə bağırsaq xərçəngi varsa, bu insanlar yüksək risk altında olduqlarından, ildə 1 dəfə kolonoskopiyadan keçməlidirlər.

Kolonoskopiyaya əvvəldən hazırlaşmaq, həkimin verdiyi işlədici, təmizləyici dərmanları qəbul etmək lazımdır.

Kolonoskopiyaya əks göstərişlər:

-İnfarkt xəstələrinə
-Hamilələrə
-Şəkərli diabetlər
-Kəskin qanaxması olanlara
-Peritonitdə

Kolonoskopiya kifayət qədər ziyansız asan metoddur, amma onu yüksək peşəkar, işində mütəxəssis, klinika şəraitində düzgün icra etməlidir. Avadanlıq müasir və steril olmalıdır.

OXŞAR XƏBƏRLƏR

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Aprelin 16-da Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib və son dövrlərdə Serbiyanın məruz...

Şəhərin simvolu sayılırdı: Danimarkada dünyanın ən qədim birjası yandı

Kopenhagenin mərkəzində baş verən yanğın şəhərin simvolunu məhv edib.   Sfera.az bildirir ki, 400 illik tarixə malik Danimarka Ticarət Palatasının ta...

Baydenin 1 illik qazancı bəlli oldu

ABŞ Prezidenti Co Bayden və həyat yoldaşı 2023-cü ildə 620 min dollar qazanıb. Sfera.az xəbər verir ki, bu barədə məlumatlar Ağ Evin saytında dərc olunan...

“ULTRA Technologies”: 25 il “Hər zaman İnnovasiya” şüarı ilə

Bir İT şirkəti üçün 25 il nəhəng təcrübənin yeni zirvələri fəth etməyə imkan verdiyi, enerji və yaradıcılıqla birləşdiyi bir mərhələdir. "ULTRA Technologie...

BVF-dən dünya iqtisadiyyatı ilə bağlı proqnoz

Dünya iqtisadiyyatını daha bir il ərzində yavaş, lakin dayanıqlı inkişaf tempi gözləyir.   Sfera.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fond...

Bakıda külək elektrik stansiyası tikiləcək

Nazirlər Kabineti Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa o...