50 minlik müalicə olundu, fayda vermədi - Səbəb ürəyindəki diş çöpü imiş - FOTO

50 minlik müalicə olundu, fayda vermədi - Səbəb ürəyindəki diş çöpü imiş - FOTO
Çinli gəncin ürəyində qeyri-adi əməliyyat keçirilib.
 
Sfera.az "Lenta.ru"ya istinadən xəbər verir ki, gəncin ürəyindən diş çöpü çıxarılıb.
 
Belə ki, ötən ayın 9-da 29 yaşlı Çjou adlı pasiyet yüksək temperaturla (40 dərəcə) xəstəxanaya yerləşdirilib. Diaqnostika nəticəsində aydın olub ki, onun sağ ağciyərində təbii olmayan kölgələr və ürəyində soyuqdəymə var. Əməliyyat zamanı cərrahlar ürək kameralarının birində altı santimetrlik diş çöpü aşkar ediblər. Ehtimal olunur ki, yad cisim nəfəs yoluna, orada da ürəyə keçib.
 
Gənc etiraf edib ki, həmişə içkinin içinə diş çöpü qoyurmuş. Bununla badəsini "ölçürmüş”. Dörd il əvvəl səhhətində pisləşmə hiss edib və müalicə üçün ümumi olaraq 22,7 min funt sterlinq (50 min manatdan çox) xərcləyib.
 
Çjou tez-tez ağciyərindən və yüksək tempraturdan şikayət edirmiş. Lakin həkimlər bunun səbəbini tapa bilmirdilər. Hərəsi bir diaqnoz qoyurdu. Əməliyyatı edən həkimlərin sözlərinə görə, əgər bir az da keçsəydi pasiyentin həyatı üçün ciddi təhlükə yaranacaqdı.


OXŞAR XƏBƏRLƏR