5 540 şəhid ailəsi üzvünə şəhidlik vəsiqəsi təqdim olundu

5 540 şəhid ailəsi üzvünə şəhidlik vəsiqəsi təqdim olundu
"Baxımsız, zorakılığa məruz qalan uşaqlar və onların valideynləri ilə fərdi profilaktik işin icma daxilində qurulması layihəsinin keçiriləcəyi pilot rayonlar seçilib, təlim proqramı hazırlanıb, təlim mövzuları müəyyən edilib”.

Sfera.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) İdarə Heyətinin sədri Vüqar Behbudov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, fərdi profilaktik iş üzrə nümunəvi plan hazırlanıb və avqust ayından başlayaraq filiallar tərəfindən müvafiq fəaliyyətin həyata keçirilməsi planlaşdırılır.

V.Behbudov bildirib ki, Dövlət Xidmətləri Reyestrində SXA-ya aid 15 xidməti pasport üzrə yeniləşmə işləri aparılır, 12 pasportun mətni yenilənib və nazirliyə təqdim olunub.

Agentlik sədri həmçinin əlavə edib ki, postmüharibə dövründə 5 540 şəhid ailəsi üzvünə şəhidlik vəsiqəsi təqdim olunub.


OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...