No Image
No Image

"48 saat ərzində 21 erməni mövqeyi götürdük" - Kəşfiyyat rəisi

Bu gün Silahlı Qüvvələr günüdür. Bu münasibətlə vətənin keşiyində duran bütün hərbçiləri təbrik edirik! Həmin hərbçilərdən biri də şanlı zəfər tariximizin qızıl həriflərlə yazılmasında misilsiz rolu olan N-sayı hərbi hissənin kəşfiyyat rəisi Riyad Paşayevdir.

Sfera.az "Ölkə.az"a istinadla İkinci Qarabağ döyüşlərində böyük qəhrəmanlıq göstərən R.Paşayevin müsahibəsini təqdim edir.

- Cənab zabit bir daha sizi Silahlı Qüvvələr günü münasibəti ilə təbrik edir və bizə ayırdığınız vaxta görə minnətdarlığımızı bildiririk!

- Təşəkkür edirəm!

- 44 günlük vətən müharibə zamanı döyüş xatirələriniz maraqlıdır.Hansı tarixi hadisələrə şahidlik etdiniz?

- Cənab Ali Baş Komandan sentyabrın 27-də döyüş əmrini verəndə mən 18 illik hərbi tariximdəki ən böyük arzuma çatacağıma inandım. Çünki biz, böyük ruh yüksəkliyi ilə bu günü gözləyirdik! Xüsüsən də vətən müharibəsində kəşfiyyat rəisi kimi mühüm vəzifəni icra etməyim mənim məsuliyyətimi daha da artırır və mənəvi cəhətdən  güc verirdi. Biz, 44 gün Ağdam istiqamətində düşmənin qorxulu kabusuna dönmüşdük. Onları daim təzyiq altında saxlayırdıq.  Onlar qorxudan qüvvələrini başqa istiqamətlərə yönləndirə bilmirdilər.

- Siz vətən müharibəsi dövründə hansı döyüşlərin iştirakçısı olmusunuz?

- Biz Talış, Suqovuşan istiqamətində yerləşən mühüm strateji əhəməiyyətə malik 457 yüksəyliyi, xüsusən də Milli Qəhrəmanımız Mübariz İbrahimovun  şəhid olduğu mövqedə döyüş apardıq və düşmənə sarsıdıcı zərbələr endirməklə böyük itkiyə məruz qoyduq. Davamlı olaraq rəhbərliyim altında kəşfiyyat qrupu 48 saat ərzində 21 erməni mövqeyi götürdük.  

- Bəs hansı döyüşdə yaralandınız?

Mən 44 gündə iki dəfə yaralanmışam. Birinci döyüşdə yaralandım amma məni vətən torpağı və tabeliyimdə olan kəşfiyyat qrupu gözləyirdi. Yaralı olsam da dönməli idim.Buna görə də işğaldan qalan  torpaqların azadlığı üçün döyüşə davam etdim. Oktyabrın 4 – də ikinci dəfə düşmənin atdığı raket və artilleriya atəşi nəticəsində  müxtəlif qəlpə yaraları ilə xəsarət aldım. Orada şəhid və yaralılarımız da oldu. (deyərək kövrəlir) Düşmən həmin vaxt 4 saata yaxın olduğumuz yeri 350 dən çox artilleriya atəşi altında saxladı. Çətin olsa da şəhid və yaralılarımız təhlükəli ərazidən elə həmin vaxt çıxarıldı. Mənim yaralarım ağır olduğuna görə qospitala götürdülər, amma yenə orada qalmayıb səngərə, işğaldan azad etdiyimiz ana torpağımıza döndüm.

- Azad etdiyiniz ərazilərə ayaq basarkən hansı hissləri keçirirdiniz?

- Mən tabeliyimdə olan heyətlə aldığımız  hər məntəqədə, hər mövqeyə çatanda sanki yeni bir nəfəsə çatırdıq. Sanki doğma torpaqlarımıza ayaq basdıqca yerdən güc alırdıq.

Məlumdur ki, Cənab Ali Baş Komandan İlham Əliyevə Ağdamın azad olunması barədə də siz məruzə etmisiniz. Həmin zaman hansı hisləri keçirirdiniz?

- Bu mənim üçün xidmət etdiyim illərdə ən çox məsuliyyətli və şərəfli tapşırıq idi. Düşmən Ağdamın döyüş getməyə ərazilərini də minalamışdı biz isə gecə ilə şəhərin mərkəzinə çatmalı və şanlı bayrağımızı orada sancmalı idik. Təxminən 8 saat yol getdik. Sübh namazı vaxtı ağdamın cümə məsçidinə çatdıq və orada azan oxundu bayrağımızı sancdıq və həmin an ali baş komandana məruzə etdim.

- Döyüşlərdəki şücaətinizə görə bir neçə dəfə Cənab Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunmusunuz. Bu barədə nə deyə bilərsiniz?

- Mən 44 günlük müharibədən sonra Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Ağdamın azad olunmasına görə” "Suqovuşanın azad olunmasına görə” və "Vətən uğrunda” medalları ilə təltif olundum. Bundan sonra da vətən üçün, vətənimizin , dövlətimizin birliyi və sarsılmazlığı üçün son nəfəsimə kimi əlimdən gələni çalışacam. İstər xidmətdə olum, istərsə də ehtiyyatda...amma hələki qarşıda böyük məqsədlərim var. Düşünürəm ki, hərbi sahədə təhsilimi davam etdirməklə Azərbaycan ordusuna daha böyük xidmətlərim olacaq. Hazırda bu istiqamətdə də fəaliyyətimi davam edirəm.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Belələri Vətən sevgisi ilə hakimiyyət arzularının yerini hər zaman qarışıq salacaq"

"Ermənistan bütün bunlardan yayınır, dünyanı münaqişənin bitmədiyinə inandırmaq üçün atəşkəsi məqsədli şəkildə pozur. Özü bir yana, Bəyanatların yeganə qarant...

Mahir Qurbanov Honduras mətbuatına müsahibə verdi - VİDEO

"Dünya xalqlarının iki yüzillik Konqresi Azərbaycanı və ispan dilli xalqlarını daha da yaxınlaşdırır". Sfera.az xəbər verir ki, bunu Qafqaz-İberoamer...

“Bu gün hansı azərbaycanlı 800-1000 manata kirayədə qala bilər?” – Tələbələrin gəlişi ilə qiymətlər daha da qalxacaq...

Bu gün paytaxtda kifayət qədər kirayə mənzillər var, ancaq pandemiyanın təsirsiz ötüşmədiyi sahələrdən biri də məhz kirayə ev bazarı oldu. Evlərin alqı-satqısı ...

Fərhad Məmmədov Olimpiya Oyunlarındakı uğursuzluğun səbəblərindən danışdı: “Püşkatma...” - MÜSAHİBƏ

Bu gün daha bir cüdoçumuz Murad Fətiyev Tokioda keçirilən XXXII Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb. Daha əvvəl, yarışa qatılan cüdoçularımızdan Aişə...

Mahir Qurbanov Kosta-Rika mediasına müsahibə verib

Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin rəhbəri Mahir Qurbanov Kosta-Rikanın tanınmış  "La Voz de Goicoechea” xəbər portalına müsahibə verib. Sfera...

"Prezidentin bu Fərmanı Ermənistan üçün məcburi xarakterli “müalicə” tədbiridir..."

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin Moderator.az-a müsahibəsini təqdim edir.   - Son vaxtlar Ermənistan  müxtəlif istiqamətlərdə atəşkəs...