47 Azərbaycan kəndi ilə əlaqə kəsildi

47 Azərbaycan kəndi ilə əlaqə kəsildi
Güclü çovğun səbəbindən 47 Azərbaycan kəndi ilə əlaqə kəsilib. Sfera.az Modern.az-a istinadla xəbər verir ki, daha çətin vəziyyət Zəncan vilayətində müşahidə olunur. Güclü  çovğun nəticəsində Zəncan vilayətinin 47 kəndinə gedən yol bağlanıb.

Vilayətin Yol və Yol Nəqliyyatı Baş İdarəsinin direktor müavini Cavad Yusifi deyib ki, 50 kəndin yolunu açmaq mümkün olsa da, güclü qar nəticəsində yenidən 8 rayonda 47 kəndlə əlaqə kəsilib.

Sinoptiklər sabaha da qar proqnozlaşdırırlar.

OXŞAR XƏBƏRLƏR