44 min rus əsgəri əmr gözləyir... – Ukrayna Rusiyadan qoşunlarını geri çəkməyi tələb etdi

44 min rus əsgəri əmr gözləyir...  – Ukrayna Rusiyadan qoşunlarını geri çəkməyi tələb etdi
Ukrayna ilə Rusiya arasındakı gərginlik sürətlə artır. 
 
Sfera.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin mətbuat katibi İuliya Mendel Rusiyanın Ukraynanın şərq sərhədində 4 mindən çox əsgər topladığını açıqlayıb. 

Bu toplanmış əsgərlərlə yanaşı, Krımda da 40 mindən çox rus əsgərinin olduğunu qeyd edən İ. Mendel Zelenskinin Parisə gedəcəyini və Donbassda artan gərginlikdən, eləcə də Rusiyanın addımlarından bəhs edəcəyini söyləyib.

Rusiya prezidenti Vladimir Putinlə görüşmək istədiklərini, lakin hər hansı cavab almadıqlarını söyləyən İ. Mendel, "Ümid edirəm ki, bu vəziyyət Rusiyanın dialoq istəmədiyi anlamına gəlmir", - deyə, qeyd edib.

Digər tərəfdən, Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanı qoşunlarını Ukrayna sərhədindən çıxarmağa və Minsk razılaşmalarının müddəalarını yerinə yetirməyə dəvət edib. Nazirliyin verdiyi açıqlamada aprelin 7-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) 2011-ci il Vyana sənədi çərçivəsində Ukrayna sərhədindəki hərbi iştirakını artırması ilə bağlı Rusiyadan rəsmi açıqlama istəməsi xatırladılıb.

Rusiyanın məsələ ilə bağlı açıqlama verməkdən imtina etdiyi bildirilib. Həmçinin, gərginliyi azaltmaq üçün Rusiya tərəfindən məsləhətləşmə cəhdlərinə də məhəl qoyulmadığı vurğulanıb. 

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...