43 il haqsız həbs yatan şəxs azadlığa çıxdı - FOTO

43 il haqsız həbs yatan şəxs azadlığa çıxdı - FOTO
ABŞ-da haqsız yerə 43 il həbsdə qalmış şəxs azadlığa çıxıb.

Sfera.az xəbər verir ki, 1979-cu ildə ABŞ-ın Kanzas-Siti şəhərində 18 yaşında törətmədiyi 3 cinayətə görə həbs olunan Kevin Striklend 43 illik haqsız həbs müddətindən sonra azadlığa çıxıb.

Hazırda 62 yaşında olan Kevin Striklend 18 yaşında həbsxanadan çıxanda "Bu günün gələcəyinə inanmazdım", deyə söyləyib.

Striklandın haqsız yerə məhkum edilməsi ştat tarixində ən uzun haqsız məhkumluq kimi tarixə düşüb.

Lakin ştatın qanunlarına əsasən həmin şəxs buna görə heç bir təzminat tələb edə bilməyəcək. Striklend, eyni zamanda ABŞ tarixində haqsız yerə həbs edilmiş 7-ci adam olub.

Kevin Striklend sözügedən qətllərin baş verdiyi gecə evdə olduğunu, bütün gecəni televizora baxdığını, lakin məhkəməni buna inandıra bilmədiyini bildirib.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR