40 yaşlı kişi Kür çayında batdı
12:14 / 30.08.2019
1861
Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində bədbəxt hadisə baş verib. 1979-cu il təvəllüdlü Seymur Abdullayev Kür çayında batıb.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə gələrək meyiti sudan çıxarıb aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.