“40 minə yaxın tələbəyə kredit vermək imkanımız var” - NAZİR

“40 minə yaxın tələbəyə kredit vermək imkanımız var” - NAZİR
Azərbaycanda tələbə kreditlərinin verilməsi ilə bağlı Tələbə Kredit Fondu ötən yay tətilii ərzində bir çox işlər görüb.

Sfera.az xəbər verir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev AzTV-yə müsahibəsində deyib.

Nazir qeyd edib ki, fondun nizamnamə kapitalı 80 milyon manatdır:

"Oktyabr ayı ərzində bu sistem işə düşəcək. Elektron sistem olacaq. Həm həssas qrup üçün sosial, həm də standart kreditlər olacaq. Bu sistemdə şəffaflıq mövcuddur, çünki digər sistemlərə inteqrasiya olunub. Tələbələr öz FİN nömrələrini daxil edərək sistemə qoşulacaqlar. Həmin inteqrasiya olmuş sistemlərdən tələbə, onun ailəsi və digər məlumatlar toplanılır. Əgər ailədə əlilliyi olan şəxs varsa, ünvanlı sosial yardım alırlarsa, bu halda tələbə sosial kredit ala bilər. Bütün bu proseslər sistem elektron olduğu üçün bir neçə saniyə ərzində baş verir. Digər hallarda isə standart kredit ala biləcəklər”.

E.Əmrullayev vurğulayıb ki, proses müvəkkil banklar tərəfindən həyata keçiriləcək:

"Bizim 40 minə yaxın tələbəyə kredit vermək imkanımız var. Əgər tələbə müraciət edərsə, kredit veriləcək. Bu, məcburi bir şey deyil, imkandır. Kİmsə tələbə krediti almalıdır deyə bir şey yoxdur. Amma tələbənin təhsilini maliyyələşdirmək imkanı yoxdursa, onda tələbə kreditinə müraciət edə bilir. Kreditlər uzunmüddətlidir. Orda bir neçə güzəşt də nəzərdə tutulub. Əgər yaxşı oxuyurlarsa, onlara faiz və ya əsas hissə güzəşt edilir".

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...