4 nəfərə 2 stul qalmaqalı - Türkiyə XİN insidentlə bağlı xüsusi açıqlama yaydı + VİDEO

4 nəfərə 2 stul qalmaqalı - Türkiyə XİN insidentlə bağlı xüsusi açıqlama yaydı + VİDEO
Ankarada keçirilən görüş zamanı iki stul və dörd siyasətçi ilə bağlı qəribə insident yaşanıb. Sözügedən görüş aprelin 6-da baş tutub, amma hələ də KİV-nin diqqət mərkəzindədir.
 
Sfera.az xatırladır ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Avropa Şurasının prezidenti Çarlz Mişel Ankaraya səfər etmişdi. Onları Türkiyə lideri Tayyib Ərdoğan, eləcə də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qarşılayıb. Qonaqlar öz yerlərinə keçənədək hər şey yaxşı gedirmiş.
 
Amma nədənsə otağa yalnız iki stul qoyulmuşdu, bu üzdən fon der Leyen divanda oturmalı olub.  Nəticədə diplomatik protokola görə ondan daha aşağı rütbədə olan Çavuşoğlu ilə üz-üzə əyləşmək məcburiyyətində qalıb.
 
"Bu mövzuda hər hansı bir açıqlama vermək istəmirdik, amma gördük  ki, xaricdə bu olay əks-sədaya səbəb olub və Türkiyənin ünvanına haqsız ittihamlar səsləndirilir. Xarici qonaqları ilk dəfə qəbul etmirik, ənənəvi türk qonaqpərvərliyi isə bütün dünyaya məlumdur. Bu görüşdə də hər şey qəbul edilmiş beynəlxalq qaydalara və adi protokola uyğun idi. istənilən görüşdən əvvəl hər iki tərəfin protokol əməkdaşları bir araya gəlib detalları dəqiqləşdirir”,- deyə Çavuşoğlu Ankarada jurnalistlərə  bildirib.
 
Bununla belə Avropa Birliyində  yaranmış situasiya fon Leyenə hörmətsizlik kimi qarşılanaraq  kəskin tənqid olunub.

Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...