37 yaşlı məşhur aktyor faciəli şəkildə öldü

37 yaşlı məşhur aktyor faciəli şəkildə öldü
Məşhur fransız aktyor Qaspard Ulliel faciəvi şəkildə dünyasını dəyişib.

Sfera.az bildirir ki, 37 yaşlı aktyor ölkənin cənub bölgəsində yerləşən xizək mərkəzində başqa bir xizəkçi ilə toqquşaraq ağır yaralanıb. Huşunu itirən Ulliel helikopterlə Qrenobl xəstəxanasına yerləşdirilib. Lakin aktyorun bu gün vəfat etdiyi bildirilib. Digər xizəkçinin isə qəzada xəsarət almadığı bəlli olub.

Qeyd edək ki, Ulliel 2017-ci ildə rejissor Xavier Dolanın çəkdiyi "It's Only the End of the World”  filmindəki roluna görə "Ən yaxşı aktyor" nominasiyasında Fransanın "Oskar”ı kimi tanınan "Sezar” mükafatını qazanmışdı.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR