36 yaşlı kişi özünü 6-cı mərtəbədən atdı
13:16 / 09.03.2021
2105
Bakıda dünən intihar hadisəsi baş verib.
Sfera.az-ın "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan 36 yaşlı kişi özünü öldürüb.
Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Salman Fərmanov martın 8-i, səhər 7 radələrində özünü yaşadığı binanın altıncı mərtəbəsində yerləşən eyvandan özünü atıb.
Faktla bağlı araşdırma aparılır.