32 fərqli mutasiyanı özündə ehtiva edən yeni ştamm AŞKARLANDI - Elm adamları SOS siqnalı verdi

32 fərqli mutasiyanı özündə ehtiva edən yeni ştamm AŞKARLANDI - Elm adamları SOS siqnalı verdi
COVID-19-un daha bir ştammı aşkar edilib.
 
Sfera.az bildirir ki, elm adamları yeni varianta Afrikada rast gəlindiyini açıqlayıblar. Botsvanada müəyyən edilən ştamma B.1.1.529 kodu ilə tanınan "Nu” adı verilib. Mütəxəssislər sözügedən variantın tərkibində 32 fərqli mutasiyanın olduğunu bildiriblər. Yeni ştammın koronavirus əleyhinə olan peyvəndlərə qarşı daha müqavimətli ola biləcəyi qeyd edilib.

"Bu indiyə kimi qarşılaşdığımız ən təhlükəli variant ola bilər”, - deyən elm adamları, həmçinin virusa yoluxan 10 nəfərin artıq aşkar olunduğunu bildiriblər. London Kollec Universitetinin əməkdaşı, professor François Ballouks yeni növə üç fərqli ölkədə rast gəlindiyini deyib. 

Elm adamı Tom Pikok isə "Daily Mail” qəzetinə açıqlamasında yeni ştammdakı mutasiyalar kombinasiyasının qorxulu olduğunu bildirib. "Bu variant "Delta” ştammı da daxil olmaqla, qarşılaşdığımız ən pis şey ola bilər”, - deyə mütəxəssis əlavə edib.

"Nu” variantında, "Beta”dakı K417N və E484A, "Delta”dakı N440K, "Nyu-York” variantındakı S477N mutasiyalarının təsbit edildiyi qeyd edilib. Bu mutasiyaların isə antikorlardan qaçmağa kömək etdiyi vurğulanıb. Digər tərəfdən, mütəxəssislər P681H və N679K mutasiyalarının da müəyyən edildiyini və bunların normalda birlikdə nadir hallarda göründüyünü deyib. Qeyd edilənlərdən başqa, "Nu” variantında G446S, T478K, Q493K, G496S, Q498R və Y505H mutasiyaları da müəyyən olunub.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

"İsrail hücuma görə məsuliyyəti üzərinə götürməyəcək" - KİV

İsrail rəsmi olaraq İrana zərbənin məsuliyyətini üzərinə götürməyəcək.   Sfera.az bildirir ki, bu barədə İsrail mediası məlumat yayıb. Onlar bu takt...

Dünyada ən çox PUA istehsal edən ölkə ODUR 

2023-cü ildə Çində ayrı-ayrı müəssisələr tərəfindən istehsal olunan mülki pilotsuz uçuş aparatlarının (PUA) sayı 3 milyon 170 mini keçib.   Sfera.az xə...

""Tu-22M3" təyyarəsinin ekipajı qızıldan da dəyərlidir" – Hərbi ekspert

““Tu-22M3” bombardmançı təyyarəsinin ekipajı qızıldan da “dəyərlidir”. Buna görə də qəza halında onların xilas edilməsinə xüsusi ö...

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən ra...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...