30 məktəbə yeni direktor təyin edildi

30 məktəbə yeni direktor təyin edildi
Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin birinci mərhələsi başa çatıb.

Təhsil Nazirliyindən Sfera.az-a verilən məlumata görə, müsahibələrin ilkin mərhələsində imtahan nəticəsi 36 baldan çox olan 132 namizəd iştirak edib.
 
Müsahibə mərhələsində 30 namizəd uğur qazanıb və onlarla adaptasiya proqramı həyata keçirilib.

Adaptasiya proqramı çərçivəsində "Məktəb idarəçiliyinin ümumi əsasları”, "Təhsilin keyfiyyətinin artırılması və məktəb direktorlarının rolu”, "Strateji və operativ planlaşdırma”, "Məktəbdə öyrədici mühitin yaradılması”, "Məktəbdaxili monitorinq sistemi”, "Şagird nailiyyətlərinin qiymətləndirilməsi”, "Məktəbdə maliyyə məsələləri, əməkhaqqı və tarifikasiya cədvəllərinin hazırlanması” və s. mövzularda təlimlər keçirilib. Proqram başa çatdıqdan sonra həmin şəxslərlə əmək münasibətləri rəsmiləşdirilib və direktor vəzifəsinə işə qəbul olunublar.

Qeyd edək ki, tezliklə direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ikinci mərhələsi həyata keçiriləcək. İkinci mərhələyə imtahan nəticəsi 36 baldan daha çox olan namizədlər dəvət olunacaq
 

OXŞAR XƏBƏRLƏR

Respublika Pediatriya Mərkəzi yaradıldı

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsinin təmin edilməsi ...

️Piyada diqqətsizliyi ağır qəzaya səbəb oldu

Bu gün saat 16:45 radələrində ADY-yə məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb.   Sfera.az ...

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir.   Sfera.az Report-a istinadən xəbər verir ki, ...

Rusiyaya aparıldığı iddia edilən ukraynalı uşaqlar Almaniyadadır? - İDDİA

"Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Almaniyada Rusiyaya aparıldığı hesab edilən 161 uşaq tapıblar".  Sfera.az “Ukrinform&...

Mbappenin qışqırığı davaya SƏBƏB OLDU: "Bu futboldur, məsələni..."

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan (4:1) sonra Kilian Mbappeyə görə PSJ və “Barselona” futbolçuları arasında qarşıdurma yaş...

Hakimlər üçün "yalan dedektoru" - Andrey Şevçenkonun YENİ TƏKLİFİ

Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Şevçenko hakimlərin yalan detektoru vasitəsilə yoxlanılması sistemini tətbiq etmək istəyir.   ...