30-40 yaş arasında olanlarda ikinci dozadan sonra... - Bu vaksinlərin yeni fəsadları üzə çıxdı

30-40 yaş arasında olanlarda ikinci dozadan sonra... - Bu vaksinlərin yeni fəsadları üzə çıxdı
İsraildə Pfizer və BioNTech şirkəti tərəfindən istehsal edilən vaksinlərin yeni fəsadları ortaya çıxıb.
 
Sfera.az bildirir ki, həmin vaksinlərdən istifadə edən insanlarda ürək əzələ qatının iltihabı (miokardit) müşahidə edilib.  İsrail Səhiyyə nazirliyinin məlumatına görə, bu hala daha çox 30 yaşlarında olan şəxslərdə xüsusilə ikinci dozadan sonra rast gəlinib.

İsrailin koronavirusla mübarizə üzrə koordinatoru Naçman Aşın sözlərinə görə, yaranan vəziyyətin birbaşa peyvəndlə əlaqəsinin olub olmaması dəqiq deyil. "Hazırda Səhiyyə nazirliyi bu istiqamətdə araşdırma aparır”, - deyə o qeyd edib.

Naçman həmçinin miokarditin müxtəlif viruslardan qaynaqlana biləcəyini və əvvəlki illərdə buna bənzər bir çox hadisənin olduğunu vurğulayıb.
Pfizer və BioNTech şirkəti isə yaranan xəstəliyin peyvəndlə əlaqəsini sübut edən dəqiq faktın olmadığını bildirib.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...

Siyavuş Novruzov TƏKLİF ETDİ: "Onlar da nəzərə alınsın" 

“Müharibə veteranları və onların ailələri haqqında güzəştlərdə Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlılar da nəzərə alınmalıdır”. &nbs...

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...