30-31 dekabrda gözlənilən təhlükə barədə XƏBƏRDARLIQ

30-31 dekabrda gözlənilən təhlükə barədə XƏBƏRDARLIQ
“Artıq dekabrın 28-də Günəş ləkəsindən alışma baş verib. Qaynar plazma kütləsi atılıb. Ona görə də ayın 30 və 31-də geomaqnit qasırğası gözlənilir”.
Bu sözləri Cebhe.info-ya AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib. 
Onun sözlərinə görə, hazırda Günəşdə aktivlik aşağı səviyyədədir: “Ayın 30 və 31-də geomaqnit qasırğası olacaq. Bu qasırğa şimal hissədə yerləşən ölkələrə daha çox təsir edəcək. Onun müşahidəsi Avropa qütbarası da ola bilər. Bunun səbəbi Günəşdən atılan qaynar plazma kütləsidir.Hazırda Günəşin səthində 64 günəş ləkəsi var. Onların içində 2400 nömrəli aktiv region Günəş alışmaları generasiya edə bilər. Əgər bu ləkədən alışma baş verərsə, yerə doğru yönələ bilər. Çünki bu effektin vəziyyətində yerləşir. Artıq dekabrın 28-də həmin Günəş ləkəsindən alışma baş verib. Qaynar plazma kütləsi atılıb. Bir neçə gün sonra, təqribən ayın 30 və 31 geomaqnit qasırğası gözlənilir”. 
Elçin Babayevin sözlərinə görə, sabahdan etibarən gözlənilən geomaqnit qasırğasının kifayət qədər sağlam insanlara təsiri olmayacaq: “Əksinə tədqiqatlar göstərir ki, bu qasırğa sağlam insanlarda müsbət mənada gümrahlıq yaradır. Amma ürək-qan, damar sistemindən əziyyət çəkən olan insanlarda, həmçinin uşaqlarda artmış diskomfortluq yarada bilər”.
2016-cı ildə Yer Kürəsində 7 güclü maqnit qasırğasının olacağı barədə xəbərlərə gəlincə, Elçin Babayev vurğulayıb ki, bu məsələdə konkret rəqəm göstərilməsi düzgün deyil: “Bu rəqəm 5, 10, 17 də ola bilər. Qarşıdakı vaxtlarda Yer kürəsində geomaqnit qasırğalarının sayı əvvəlki illərə nisbətən nə artacaq, nə də azalacaq. Bu mənada mütəxəssislərin dəqiq rəqəm göstərmələri zəlzələni proqnozlaşdırmaq kimi bir şeydir. Geomaqnit qasırğaları yenə davam edəcək. Günəş fəallığının müəyyən enməsindən sonra qasırğalar həmişə olur. Həm güclü, həm də orta səviyyəli qasırğalar olacaq. İl ərzində bu daim baş verən proseslərdən olduğu üçün zəif qasırğalar ümumiyyətlə çox olacaq ”. 

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...