Cəmİyyət

3 yaşlı qızını suda boğdu - VİDEO

3 yaşlı qızını suda boğdu - VİDEO
Ögey ata qızı ilə hovuzda çimir. Uşaq üzə bilmir, amma buna rəğmən atalığı onu bir neçə dəfə hovuza atır. Qız qışqırır, ağlayır, amma atalığı ona rəhm etmir. Bu azmış kimi o, qızın başından basıb suda boğur.

Bu dəhşətli olay ötən ilin avqustunda, Meksikanın Moreliya kurortundakı otellərdən birində yaşanmışdı.

Otelin videomüşahidə kamerasının çəkdiyi kadrlar mediada yayımlanandan sonra bütün Latın Amerikasının sosial şəbəkələrində şok effekti yaratmışdı.

3 yaşlı Mariya adlı ögey qızını hovuzda boğan şəxsin, Xose David Nimeyronun məhkəmə prosesi başa çatıb.

Məhkəmənin qərarı ilə o, 100 il müddətinə azadlıqdan məhrum olunub. Qərarda o da bildirilir ki, Nimeyro heç bir şərtlə və ya halda həbsxanadan şərti azad oluna bilməz. Üstəlik, onun hökmdən kassasiya şikayəti vermək hüququ da yoxdur.
Prosesdə prokurorlar Nimeyro üçün 40 il həbs cəzası istəmişdilər. 

Lakin hakim videokadrlara baxandan sonra: "Bu məxluq həbsxanada qalmalıdır", - deyib./milli.az/


XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930