3 güləşçimiz uduzdu, Hacı yarımfinalda - YENİLƏNİB

3 güləşçimiz uduzdu, Hacı yarımfinalda -  YENİLƏNİB

Bu gün Bakı-2015 1-ci Avopa Oyunlarında sərbəst güləş üzrə kişilərin yarışına yekun vurulacaq.

Yarışın yeddinci günündə 4 çəki dərəcəsində yarışlar baş tutacaq. Daha 4 güləşçimiz bu gün döşəyə çıxacaq. İlk olaraq xalça üzərinə 61 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev çıxacaq. O, erməni Franqulyan Valodya ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 10:49-də başlayacaq.

70 kq çəki dərəcəsində Ruslan Dibirqac ilk görüşünü polşalı Məhəmmədmurad Hacıyevə qarşı keçirəcək.

86 kq-da Nurmaqomed Hacıyev bolqarıstanlı Georgi Sredkov ilə üz-üzə gələcək. Bu qarşılaşma 10:56-da başlayacaq.

125 kq çəkidə isə Cəmaləddin Məhəmmədov mübarizəyə qoşulacaq. O, litvalı Rudaviçius Conasla qarşılaşacaq. Görüş 10:21-də start götürəcək.

***
Artıq Cәmalәddin Məhəmmədov litvalı idmançıyla mübarizəyə başlayıb və idmançımız 10-0 təmiz qələbə ilə 1/8 finala vəsiqə qazandı.
***
86 kq-da mübarizə aparan Nurmaqomed Hacıyev bolqarıstanlı Georgi Sredkov ilə üz-üzə gəlib. Güləşçimiz rəqibini 14:2 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

***
125 kq Cəmaləddin Məhəmməd 1/8 finalda türkiyəli Taha Akgüllə qarşılaşıb və güləşçimiz 5-2 uduzur.
***
86 kq-da mübarizə aparan güləşçimiz Nurməhəmməd Hacıyev rusiyalı Abdulrəşid Sadulaev ilə qarşılaşıb və 11-1 hesbaı ilə uduzub.
***
70 kq çəki dərəcəsində Ruslan Dibirhacıyev polşalı Maqomedmurad Hacıyevlə güləşib və Ruslan da polşalı rəqibinə 7-2 məğlub olub.
***
Bir az öncə erməni rəqibini məğlub edən Hacı Əliyev növbəti görüşünə çıxıb. O, slovakiyalı Mikola Balotnyukla görüşüb və 11:0 hesabı ilə təmiz qələbə qazandı


OXŞAR XƏBƏRLƏR

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...