29 İŞİD-çi Azərbaycana göndərilir - Qərar verildi
Türkiyədən Azərbaycana deportasiya ediləcək İŞİD-çilərin sayı açıqlanıb.
Sfera.az xəbər verir ki, bu barədə "Hürriyət” məlumat yayıb.
Bildirilib ki, Türkiyədən çıxarılacaq əcnəbi İŞİD-çilərin sayı ümumilikdə 959 nəfər təşkil edir və onların arasında 29 Azərbaycan vətəndaşı da var.
Deportasiya ediləcək İŞİD-çilərin arasında Rusiya (99 nəfər), Almaniya (17 nəfər), Ukrayna (4 nəfər), Hollandiya (3 nəfər), Fransa (2 nəfər), Danimarka (2 nəfər), Avstriya (2 nəfər), Kosova (2 nəfər), Bolqarıstan (2 nəfər), Rumıniya (1 nəfər), Albaniya (1 nəfər), Özbəkistan (82 nəfər), Qırğızıstan (23 nəfər), Tacikistan (21 nəfər), Misir (13 nəfər), Əfqanıstan (11 nəfər), Tunis (10 nəfər), Qazaxıstan (10 nəfər), Fələstin (9 nəfər), Mərakeş (8 nəfər), Pakistan (6 nəfər), Türkmənistan (6 nəfər), Nigeriya (3 nəfər), İran (3 nəfər), Somali (3 nəfər), Liviya (2 nəfər), İordaniya (2 nəfər), Əlcəzair (2 nəfər), Səudiyyə Ərəbistanı (2 nəfər), Yəmən (1 nəfər), Böyük Britaniya (1 nəfər), İraq (296 nəfər), Suriya (273 nəfər), ABŞ ( 2 nəfər) və Avstraliya (3 nəfər) vətəndaşları da yer alıb.
Əcnəbi İŞİD-çilərin bu ayın sonuna kimi ölkələrinə göndərilməsi nəzərdə tutulub.
Qeyd olunub ki, onların arasında 147 azyaşlı var. Həmin uşaqların valideynlərini Suriyada gedən döyüşlərdə həlak olub.