2858 şəhid, 2858 xalça...- Dillər əzbəri olmuş xalçaların hazırlandığı məkandan REPORTAJ

2858 şəhid, 2858 xalça...- Dillər əzbəri olmuş xalçaların hazırlandığı məkandan REPORTAJ
İkinci Qarabağ müharibəsində həlak olan şəhidlərimizə ümumxalq sevgisi ən müxtəlif formalarda təzahür edir. Hər kəs imkanları daxilində şəhidlərimizlə bağlı nələrsə etmək, bir növ, onlara olan vəfa borcunu ifadə etmək istəyir. Bu baxımdan son günlər sosial şəbəkələrdə də böyük dəstək və etimad qazanmış maraqlı bir layihəyə start verilib.

Söhbət "Sədərək” Ticarət Mərkəzində fəaliyyət göstərən "Merinos Xalı” şirkətinin Vətən müharibəsində şəhid olmuş 2858 igidimizin rəsmlərini xalçalar üzərinə köçürməklə ailələrinə çatdırmasından gedir.

Təşəbbüsün ümumxalq dəstəyinə və sevgisinə səbəb olduğunu nəzərə alan Sfera.az sözügedən məkandan reportaj hazırlamaq qərarına gəlib.
 
Beləliklə, "Sədərək” Ticarət Mərkəzində sözügedən məkana yollanan əməkdaşlarımız mağazanın müdiri Əhməd Hüseynovla söhbətləşib.
 

"Düşündük ki, şəhid ailələrinə təqdim ediləcək bu xalçalar onlar üçün əvəzsiz təsəlli ola bilər. Bunu gerçəkləşdirməyi özümüzə mənəvi borc hesab edirik. Çünki bizlər o qəhrəmanlarımızın sayəsində varıq, böyük Qələbəyə görə də onlara borcluyuq. Elə ideya da məhz bu mənəvi ehtiyacdan doğdu, istədik ki, igidlərimizin şəkillərini xalçalar üzərində ölümsüzləşdirək”.
 
Məlumat üçün bildirək ki, xalçaların üzərindəki şəhid şəkillərinin çoxu sosial şəbəkələrdən əldə edilir. Fotolar yığılır, montaj olunur və xalça üzərinə köçürülməsi üçün İrana göndərilir.


Əhməd Hüseynov söhbət əsnasında, bir xalçanın tam olaraq hazırlanması prosesinin bir aya yaxın müddətə başa gəldiyini bildirdi:

"Bildiyiniz kimi xalçaların tam hazırlanması prosesi xeyli vaxt tələb edir. Əvvəlcə foto dizayner tərəfindən işlənir, daha sonra toxunmaq üçün İrana göndərilir, bu proses isə hardasa 40-45 gün çəkir. Ölkəyə gəlişi isə 10 gün vaxt alır. Özünüz də şahidi oldunuz ki, hər bir xalça necə dəqiqliklə işlənib. Elə məqsədimiz də ortaya qüsursuz iş qoymaqdır”.


Mağazada söhbətləşdiyimiz zaman mağazaya bir neçə şəhid ailəsinin gəlişinə də şahidlik etdik. Onlarla söhbətləşmək fürsətini də əldən vermədik.
Şəhid Qafarov Saməddin Rasim oğlunun əmisi Yaşar Qafarov şəhidimizin fotosuna hazırlanmış xalçanı götürməyə gəldiyini dedi:

"Bizə məlumat verildi ki, "Merinos” xalça şirkəti belə bir layihə həyata keçirir. Mən də qardaşım oğlunun artıq hazır olan xalçasını götürməyə gəlmişəm. Saməddin müharibənin ilk günündən cəbhəyə yollanıb. Cəbhənin bir neçə qaynar nöqtəsində olub, lakin Tərtər istiqamətində gedən döyüşlərin birində qəhrəmancasına şəhid oldu. Şəhid ailəsi olaraq, belə addımın atılması bizləri də çox sevindirir”.
 

Hazırda mağazaya 800-ə yaxın xalça təqdim edilib. Onlardan artıq böyük bir qismi öz sahiblərinə çatdırılıb. Layihə isə "Merinos Xalı” fabrika satış mağazası və "Xalça Dünyası MMC”-nin təşkilatı dəstəyi ilə həyata keçirilir.

Onu da öyrəndik ki, Vətən müharibəsində canından keçmiş hər bir şəhidin xalçası zamanla hazır olacaq və ailələrinə təqdim olunacaq.
 

Şəhid qanı axmayan torpaqdan Vətən olmaz! Ruhunuz qarşısında baş əyirik əziz şəhidlər...
 
Müxbir: Jalə Mehdi
Foto: Səbuhi Elnur
Sfera.az
 
 
 

OXŞAR XƏBƏRLƏR

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...

"Qızıl Top" sahibi Kloppu əvəz edə bilər 

Yurgen Kloppun "Liverpul"un baş məşqçisi postundan getməsi ilə klubda almaniyalının yerinə kimin keçəcəyi sualı aktuallaşıb.   Sfera.az bil...

Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti LƏĞV EDİLDİ

Bakı-Ağstafa-Bakı sürət elektrik qatarlarının keçdiyi Tovuz stansiyasında təmir-yenidənqurma işləri aparıldığından həmin dayanacaq müvəqqəti ləğv edilib. &nb...

Prezident: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur.   Sfera.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ap...