28 min abituriyent arasında maksimum balı bu qız toplayıb - FOTO

28 min abituriyent arasında maksimum balı bu qız toplayıb - FOTO
Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

İmtahanda III ixtisas qrupu üzrə bir abituriyent Bakı şəhəri, 192 saylı orta məktəbin məzunu Zülfiyeva Səbinə Novruz qızı ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb.

Maksimum bal toplayan abituriyent Oxu.Az-a danışıb.

 

O, bakalavr təhsilini Azərbaycanda alacağını deyib:

"Buraxılış imtahanında 270 bal toplamışam. Hüquq fakültəsini seçəcəyəm. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və ya Bakı Dövlət Universitetində təhsil alacağam. Magistratura təhsilimi isə xaricdə davam etdirəcəyəm”.

Səbinə Zülfiyeva qeyd edib ki, ona ən böyük dəstəyi anası göstərib:

"Müəllimimin mənim üzərimdə rolu böyükdür. İngilis dili və tarix fənnindən dərs deyən müəllimlərim məni universitetə təmənnassız hazırlaşdırıblar. Onlara, məktəb direktoruna, xüsusilə anama təşəkkür edirəm. Hər biri mənə dəstək olublar”.

Xatırladaq ki, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçirilən qəbul imtahanlarında 28 291 abituriyent iştirak edib.

 

İlhamə Əbülfət`


OXŞAR XƏBƏRLƏR

Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini MƏLUMATLANDIRDI

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında törədilən mina terroru haqq...

Bayden qanunu imzalayacaq, lakin "TikTok" ABŞ-də qadağan olunmaya bilər - SƏBƏB

Xəbər verdiyimiz ki, Co Bayden bu gün ABŞ-də “TikTok”un qadağan olunması ilə bağlı qanun layihəsi imzalayacaq.   Sfera.az bildirir k...

"Yuventus" 22-ci FİNALDA - Növbəti görüşün tarixi BƏLLİ OLDU

Dünən, aprelin 23-də “Yuventus” İtaliya kubokunun yarımfinal cavab oyununda “Latsio”ya 1:2 hesabı ilə uduzsa da, ümumi hesabda daha da i...

Bakıda məşhur restoran BAĞLANDI - RƏSMİ 

Bakıda restoranda yoxlama aparılıb, nöqsanlar aşkarlanıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. &nb...

"Bakı ən çox xarici investisiya qoyulan 3 şəhərdən biridir" – Mikayıl Cabbarov

2023-cü ildə ən çox birbaşa xarici investisiya yatırılan şəhərlərin reytinqində Bakı üçüncü yerdə qərarlaşıb.  Sfera.az xəbər verir ki, bu haqda məlum...

Mbappe milyonlarla avrodan buna görə imtina edəcək 

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa klubunu tərk edərək təxminən 130 milyon avrodan imtina edə bilər.   Sfera.az bildirir ki, forvard bu mövsüm al...