"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti bərpa olundu

Oktyabrın 19-da saat 13:00-da zərurətdən yaranmış səbəblərə görə Bakı metropoliteninin fəaliyyəti müvəqqəti dayandırılmış "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyaları saat 17:00-dan sərnişinlərin giriş-çıxışına açılıb.
Sfera.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, oktyabrın 19-da saat 15:00-da mitinq keçirilməsi ilə əlaqədar özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurum Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Müvafiq cavab verilməsinə rəğmən, həmin vaxtda qanunla qadağan edilmiş yerdə - Bakı metropoliteninin "28 May" stansiyasının qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçiriləcəyi barədə sosial şəbəkələrdə məlumatlar paylaşılmışdı.

Bunu nəzərə alaraq, "Bakı Metropoliteni" QSC qanunsuz hərəkətlərə yol verilərək metro nəqliyyatının işinin pozulacağı təqdirdə bütün məsuliyyətin təşkilatçıların üzərinə düşəcəyini bəyan etmiş və qeyd olunan üç stansiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul etmişdi. Qərarın verilməsində yeganə məqsəd strateji əhəmiyyətli kütləvi nəqliyyat infrastrukturu olan Bakı metropoliteninin fəaliyyətinin iflic olmamasını, eləcə də bu nəqliyyat vasitəsindən istifadə edən vətəndaşların hüquqlarının qorunmasını təmin etmək idi.

OXŞAR XƏBƏRLƏR

DİN-dən vətəndaşlara ÇAĞIRIŞ

 Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində COVİD-19 virusunun yayılmasının qarşısının alınması ilə ...

Azərbaycanda yüzlərlə şəxs koronavirusa yoluxdu, 8 nəfər vəfat etdi

Azərbaycanda 572  yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 364  nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Sfe...

Yeni magistral yolun inşasına başlanıb

  Ələt-Astara-İran sərhədinədək yenilənən yol bu il istifadəyə veriləcək Sfera.az "REAL TV"yə istinadən xəbər verir ki, Ələt-Astara-İran İslam Respu...

Qadağanın müddəti sentyabrın 1-dək uzadıldı - QƏRAR

  Sentyabrın 1-dək yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisin...

Ölkənin dəmir yolları dünəndən-bu günə - Sənədli Film

  Dəmir yolları ölkələri, şəhərləri bir-birinə birləşdirir, insanları qovuşdurur, uzaq məsafələri yaxın edir. Xüsusilə də, keçmişdə təyyarələrin, avtomobi...

Azərbaycan uşaqları polisimizi belə təbrik etdi - VİDEO

2 İyul - Azərbaycan Polisi Günü münasibətilə balacaların ifasında maraqlı klip çəkilib. Sfera.az xəbər verir ki, uşaqların ifa etdiyi mahnı Azərbaycan p...