Şəhid ailələrinə dəstək fondu yaradılsın! - TƏKLİF
Sfera.az xəbər verir ki, o, bu barədə öz "Facebook" hesabında paylaşım edib və təşəbbüsün insanlar tərəfindən müsbət qarşılanacağını bildirib:
"Təklif edirəm 2783 qısa nömrəsi olsun. Ora hər SMS göndərəndə balansdan 1 manat silinsin. Xarı Bülbül fondumuz olsun. Müxtəlif insanların təşəbbüsünü, Million, kart hesabı axtarmaqla yox, 1 SMS ilə həll edək. Əminəm ki, şəhid ailəsinə hansısa yolla yardım etmək istəyən o qədər insan var ki...
O nömrəyə hər gün SMS göndərəcək insanlarımız var. O insanların ailələrinin borcundan heç vaxt çıxa bilmərik. Amma bu milli birlik əminəm maddi tərəfdə də güclü bir vasitə ola bilər. Dövlət sosial dəstək təmin edəcək, amma insanlarımız da hansısa üsulla bu prosesdə iştirak etmək istəyir".
Əzizə Zeynal
Sfera.az