27 sentyabrda nə olacaq? - Ermənilər müharibənin ildönümündə təxribatlar törədə bilər
11:13 / 15.09.2021
1582
İkinci
Qarabağ müharibəsinin başlanmasının ildönümünə sayılı günlər qalıb. Məlumdur
ki, sentyabrın 27-i 2020-ci ildə Azərbaycan ordusu ermənilərin təxribatından
sonra əks-hücum əməliyyatlarına başladı və işğal altındakı torpaqlarını azad
etdi.
Bu
baxımdan maraqlıdır, revanşist erməni qruplaşmaları bu ərəfədə hansısa təxribata
əl ata bilərmi?
Mövzu
ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov ermənilərin 44
günlük müharibədə aldıqları zərbəni uzun müddət unutmayacaqlarını vurğulayıb:
"Bəlkə
yüz illər sonra da bu müharibənin ağrı-acısı onların beynindən çıxmayacaq və
imkan düşərsə, onun əvəzini çıxmağa çalışacaqlar. Amma Azərbaycan bu imkanı
onlara verməmək üçün var qüvvəsi ilə çalışır. Bundan sonra da hərbi, siyasi,
diplomatik sahələrdə öz imkanlarını daha da genişləndirəcək. Son dövrlər
prezidentin bu sahədə atdığı addımlar bizə narahat olmamağa əsas verir”.
Müsahibimiz
ermənilərin müharibənin başlanmasının ildönümü ərəfəsində Azərbaycana qarşı
ciddi təxribat törədə biləcəklərini düşünmədiyini bildirib:
Günay
Rəsulqızı