27 sentyabrda nə olacaq? - Ermənilər müharibənin ildönümündə təxribatlar törədə bilər

27 sentyabrda nə olacaq? - Ermənilər müharibənin ildönümündə təxribatlar törədə bilər
İkinci Qarabağ müharibəsinin başlanmasının ildönümünə sayılı günlər qalıb. Məlumdur ki, sentyabrın 27-i 2020-ci ildə Azərbaycan ordusu ermənilərin təxribatından sonra əks-hücum əməliyyatlarına başladı və işğal altındakı torpaqlarını azad etdi.
 
Bu baxımdan maraqlıdır, revanşist erməni qruplaşmaları bu ərəfədə hansısa təxribata əl ata bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov ermənilərin 44 günlük müharibədə aldıqları zərbəni uzun müddət unutmayacaqlarını vurğulayıb:

"Bəlkə yüz illər sonra da bu müharibənin ağrı-acısı onların beynindən çıxmayacaq və imkan düşərsə, onun əvəzini çıxmağa çalışacaqlar. Amma Azərbaycan bu imkanı onlara verməmək üçün var qüvvəsi ilə çalışır. Bundan sonra da hərbi, siyasi, diplomatik sahələrdə öz imkanlarını daha da genişləndirəcək. Son dövrlər prezidentin bu sahədə atdığı addımlar bizə narahat olmamağa əsas verir”.

Müsahibimiz ermənilərin müharibənin başlanmasının ildönümü ərəfəsində Azərbaycana qarşı ciddi təxribat törədə biləcəklərini düşünmədiyini bildirib:

"Amma iki ölkə sərhədində kiçik insidentlər istisna deyil. Ermənistanda bəzi qüvvələr çox istərdilər ki, Azərbaycan üçün bu tarixi gündə ciddi siyasi problem yaratsınlar. Amma indiki vəziyyətdə onlar buna cürət etməyəcək. İstənilən halda, Azərbaycan ordusu düşmənin istənilən təxribatının qarşısının anında almağa hazırdır”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...

"Qızıl Top" sahibi Kloppu əvəz edə bilər 

Yurgen Kloppun "Liverpul"un baş məşqçisi postundan getməsi ilə klubda almaniyalının yerinə kimin keçəcəyi sualı aktuallaşıb.   Sfera.az bil...

Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti LƏĞV EDİLDİ

Bakı-Ağstafa-Bakı sürət elektrik qatarlarının keçdiyi Tovuz stansiyasında təmir-yenidənqurma işləri aparıldığından həmin dayanacaq müvəqqəti ləğv edilib. &nb...

Prezident: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur.   Sfera.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ap...