26 azərbaycanlı Almaniyadan deportasiya edildi
11:08 / 15.09.2021
508
Ötən gün 26 nəfər Azərbaycan vətəndaşı Almaniyadan deportasiya edilib.
Bu barədə Sfera.az-a Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov məlumat verib.
O, vətəndaşların "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” çərçivəsində ölkəyə geri qəbul edildiyini bildirib:
"Geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib”.
Türkan
Sfera.az