250 manat yardım alan İzzət Bağırov təhqirlərə məruz qaldı — VİDEO

250 manat yardım alan İzzət Bağırov təhqirlərə məruz qaldı — VİDEO
 "Sosial media hesabımda bir sənət yoldaşımla şəkil paylaşıram. Açıb görürəm ki, izləyicilər onu təhqir edirlər. Əgər bu müğənnidən xoşun gəlmirsə, onun öz səhifəsində söy. Mənim səhifəmdə bu söyüşləri niyə yazırsan axı?!”

Sfera.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov "Xəzər” televiziyasında yayımlanan "X Maqazin” proqramında deyib.

Sənətçi Vergilər Nazirliyinin ona verdiyi 250 manat yardım paketini aldığı üçün sosial şəbəkə izləyiciləri tərəfindən "qarğış yiyəsi” olduğunu açıqlayıb:

"2005-ci ildən dövlətə vergi ödəyirəm. Vergilər Nazirliyi bütün vergi ödəyicilərinə kompensasiya ayırmışdı. O yardım paketindən mən də yararlandım. Yazdılar ki, Vergilər Nazirliyi İzzətə 250 manat yardım verdi. Bu xəbərə bir saat içində 2000-dən çox şərh gəldi. İzləyicilər mənim 250 manat yardım almağıma görə tənqid etdilər. O şərhləri oxuyandan sonra şoka düşdüm”.

Sosial şəbəkə istifadəçilərinin yazdığı "İzzətin zamanı və dövranı gedib” rəylərinə müğənninin reaksiyası sərt olub:

"Bu cür cılız söhbətlərə reaksiya vermirəm. Onun-bunun fitvasına gedən insan deyiləm. Mənə pis şərhlər yazanlara cavab vermirəm, dərhal qara siyahıya atıram”.


 
(oxu.az)

OXŞAR XƏBƏRLƏR

""Tu-22M3" təyyarəsinin ekipajı qızıldan da dəyərlidir" – Hərbi ekspert

““Tu-22M3” bombardmançı təyyarəsinin ekipajı qızıldan da “dəyərlidir”. Buna görə də qəza halında onların xilas edilməsinə xüsusi ö...

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən ra...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....