2024-cü ilin bələdiyyə seçkiləri proporsional sistemlə keçirilə bilər - Deputatdan açıqlama

2024-cü ilin bələdiyyə seçkiləri proporsional sistemlə keçirilə bilər -  Deputatdan açıqlama
"Cəmiyyətdə belə bir fikir var ki, siyasi  partiyaların inkişafı və  demokratik ənənələrin oturuşmasına nail olmaq üçün proporsional seçkinin bərpası vacibdir. Bununla bağlı ilk növbədə hökumət səviyyəsində qərar verilməlidir ki, parlament də məsələni müzakirəyə çıxarsın”.

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanda 3 ildən sonra olacaq bələdiyyə seçkilərinin proporsional əsasda keçirilməsinin məqsədəuyğunluğundan danışarkən Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Deputat qeyd edib ki, bunun üçün ilk növbədə Seçki Məcəlləsində ciddi dəyişikliklər edilməlidir: "Bu baş verməlidir ki, növbəti bələdiyyə seçkilərini proporsional sistemdə keçirə bilək. Xeyli müddətdir, bu mövzu müzakirə edilir. Hətta bununla bağlı Milli Məclisdə də bir neçə dəfə məsələ qaldırılıb.
 
Hər halda proporsional seçki sisteminin bərpası lazımdır. İlkin olaraq da 2024-cü ildə keçirilməsi gözlənilən bələdiyyə seçkilərini proporsional əsasda keçirə bilərik. Niyə də olmasın? Həmin dövrə qədər bu dəyişiklikləri müzakirə edib, razılaşdıra bilsək, 2024-cü ildə olacaq bələdiyyə seçkiləri məhz proporsional qaydada keçirilə bilər”.
 
Elçin
 

OXŞAR XƏBƏRLƏR