“2023-cü il seçkilərində AKP növbəti dəfə hakimiyyətdə qalacaq” - Politoloq

“2023-cü il seçkilərində AKP növbəti dəfə hakimiyyətdə qalacaq” - Politoloq
"Türkiyənin regional müstəvidə təsirinin artması, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiyada strateji cəhətdən möhkəmlənməsi Rusiyanı ciddi narahat edir”.

Sfera.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki,  2023-cü ildən başlayaraq Türkiyənin beynəlxalq münasibətlər sisteminə təsir edən bir ölkə olacağı gözlənilir:

"Ədalət və İnkişaf Partiyasının (AKP) hazırkı siyasi kursu buna hesablanıb və Böyük Britaniya ilə birgə yeni siyasi nizamda yer alacaq. 2016-ci ildəki hərbi çevriliş məhz Türkiyənin bu hədəflərinin qarşısının alınmasına hesablanmışdı. Bu hərbi çevriliş cəhdinin uğursuz olması, heç də anti-Türkiyə qüvvələrinin geri çəkilməsinə gətirib çıxarmadı. Hazırda Türkiyə hakimiyyətinin devrilməsində Qərb də, Rusiya da maraqlı tərəfdir. 2016-ci il çevrilişində Rusiya və Qərb ayrı-ayrı cəbhədə olsa da, hazırda Moskva da Türkiyə hakimiyyətinin daxili böhrana yuvarlanmasında maraqlı tərəfdir. Rusiya artıq  Türkiyənin Şərqə baxışını geosiyasi maraqlarına təhlükə hesab edir. Məhz 103 təqaüddə olan admiralın və sabiq millət vəkillərinin Montre anlaşması və konstitusiya ilə  bağlı bəyanat verməsi, birbaşa hakimiyyəti təhdid etmək və narazı bir elektorat formalşadırmaqdır.
 
Ötən əsrdə boğazlarla bağlı Montre anlaşaması və konustitusiya Türkiyənin hədəflərinə doğru addımlanmasında bir əngəldir. Bu da Qərb ölkələrini və Rusiyanı ciddi narahat edir. Tükriyə Montre anlaşmasını ləğv edəcəksə, boğazlarda tam üstünlük əlində olacaq. Həmçinin konstitusiyanın dəyişməsi, Türkiyəni gücləndirəcək. Ona görə də Türkiyə hakimiyyəti hədəf alınıb və məqsəd növbəti hərbi çevrilişə cəhddir”.

Politoloq qeyd edib ki, bu günkü hakimiyyət və başda prezident Rəcəp Tayyip Ərdoğan olmaqla heç bir hakimiyyət Türkiyəni bu qədər inkişaf etdirə bilməzdi:

"Türk dünyasını bir araya gətirə bilməyəcəkdi. Bu istiqamətdə AKP ciddi strateji siyasət reallaşdırır. Türkiyə dərin dövlətlə idarə olunur və hazırkı hakimiyyət dərin dövlətin özüdür.  Qeyd etmək lazımdır ki, Türkiyə və hakimiyyətinin  Azərbaycanın siyasi olaraq  yanında olması Qarabağda zəfər çalmağımızın əsas faktorlarındandır. AKP türk xalqının milli və təhlükəsizlik maraqlarını həyata keçirdiyi üçün hədəfdədir. FETÖ-nün Türk ordusu daxilində dayaqlarının hələ də qalması təhlükənin qalmasını göstərir. CHP, İYİ partiya və hər hansı bir partiyanın hakimiyyətə gəlməsi Türkiyənin inkişafına zərbə vuracaq.
 
2023-cü il seçkilərində AKP-nin növbəti dəfə hakimiyyətdə qalması mümkündür. Türkiyə ordusunda və siyasi sistemində növbəti təmizləmə əməliyyatı keçirilib, xainlər zərərləşdiriləcək. Bu da prezident Ərdoğanın hakimiyyətini gücləndirəcək. 2023-dən sonra Türkiyə Montre anlaşmasını və hazırkı konstitusiyanı ləğv edəcək”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

“ATACMS”ların Ukraynaya verilməsi Rusiyanı təhlükə altında qoyur" - Antonov 

“ABŞ-nin “ATACMS” raketlərinin Ukraynaya verilməsinə haqq qazandırmaq olmaz, çünki bu, Krım və Rusiyanın digər regionları üçün təhlükəsizlik t...

Aprel çağırışı yekunlaşır - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komis...

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin bu gün ...

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...